Modern.az

Daha iki bankla bağlı rəsmi AÇIQLAMA: onlara da möhlət verilib

Daha iki bankla bağlı rəsmi AÇIQLAMA: onlara da möhlət verilib

1 İyun 2020, 15:42

Azərbaycan Mərkəzi Bankı (AMB) məcmu kapitalı müəyyən edilmiş tələbdən (50 milyon manat) az olan banklarla iş aparmağa başlayıb.

 
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.


E.Rüstəmov qeyd edib ki, həmin banklar sağlam banklardır, öhdəliklərini yerinə yetirirlər:


“Onların adekvatlığı yüksəkdir, sadəcə, həmin bankların məcmu kapitalları müəyyən edilmiş tələbdən aşağıdır. Bu ilin sonuna qədər həmin bankların nizamnamə kapitallarının artırılması istiqamətində iş aparırıq”.
 

E.Rüstəmovun sözlərinə görə, Mərkəzi Bank iki banka audit hesabatlarının təqdimatı üçün möhlət verib.


Bunlar "Accessbank" və "Rabitəbank"dır. "Bu banklara audit hesabatlarının təqdimatı üçün möhlət verilib", -E.Rüstəmov vurğulayıb.

O həmçinin deyib ki, ilin sonuna kimi əmanətlərin sığortalanması ilə bağlı da yeni strateji baxış formalaşdırılacaq:

"Hazırda Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə bunu müzakirə edirik. Onun iqtisadiyyata, əmanətçilərə mümkün təsirləri qiymətləndiriləcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi