Arxiv
1 İyun 2020, 17:32 | AKTUAL
Azərbaycandakı koronavirus xəstələri danışdı - VİDEO

Azərbaycanda son günlər karantin qaydalarının yumşalması xəstələrinin sayının artması, hər gün 200 həddini keçməsi artıq ağır xəstələrinin sayının da dəfələrlə artmasına səbəb olub. Onların əksəriyyəti də reanimasiyada, bir çoxu süni tənəffüs aparatına bağlı olaraq yaşamını davam etdirir.

 

Modern.az xəbər verir ki, Real TV bir neçə xəstəxananın reanimasiya şöbəsində olaraq həmin an orada baş verənlər haqda reportaj hazırlayıb.

 

Videokadrlardan görünür ki, paytaxt xəstəxanalarında reanimasiyalar artıq dolmaq üzrədir. Ağır vəziyyətdə olan xəstələr müalicə ilə yanaşı, qida qəbulunu da həkimlər vasitəsilə qəbul edə bilirlər. Çünki vəziyyətin ağırlaşması artıq onları sərbəst hərəkət etməkdən məhrum edib. 

 

Xəstələr haqda danışan ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayev deyib ki, bu günədək hər yaş qrupunda, 27 yaşdan 94 yaşadək xəstələr olub: “Bizim şöbəmizdə ən ağır, süni tənəffüs aparatına ehtiyacı olan xəstələr müalicə olunur. Bütün proseduru TƏBİB-in protkolu əsasında aparılır. Bəzi insanların xəstəliyin olmasına inanmaması nəticəsində artıq xəstəxanada yataqlar dolmaq üzrədir”.

 

Tibb bacısı bildirib ki, virusun olduğuna inanmayanlara görə ailələrindən, evlərindən uzaq düşüblər: “Bütün insanlara demək istəyirəm ki, buna inanıb qaydalara əməl etsinlər ki, hamı evinə dönsün”.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasının reanimotoloqu Kəmalə Namazova qeyd edib ki, son bir həftə ərzində xəstə sayı artıb: “Əksəriyyəti də ağır vəziyyətdədirlər. Burada müalicə olunmuş 45 xəstədən 30-a yaxını süni tənəffüs aparatına qoşulub və onlar sağalaraq evə buraxılıb. Hazırda 16 xəstənin vəziyyəti ağır olaraq qalır, onların müalicəsi davam edir”. 

 

REACT-19 layihəsi çərçivəsində xaricdən gətirilən Şahin Əzizov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı, Heydər Əliyev Fondu və TƏBİB-in təşkilatçılığı ilə bu prosesə cəlb olunublar: “Əlimizdən gələn hər şeyi etməyə hazırıq, öz biliklərimizi yerli həkimlərlə paylaşırıq”.

 

Rəşad Quliyev əlavə edib ki, artıq xəstə qəbul etməyə yer qalmayıb: “Xəstələrin sayı durmadan artır, gücləndirilmiş rejimdə xəstələri müalicə edirik. Artıq reanimasiya şöbəsi tam dolub, 1 dənə də yer yoxdur”.

 

Həkimlərdən başqa, süni tənəffüs aparatına qoşulmayan, nibsətən yüngül olan xəstələr də bu barədə danışıblar. Onlardan biri bildirib ki, bu xəstəlik çox qorxuludur: “Ailələrini, balalarını sevirlərsə, onları, özlərini qorusunlar, maska taxsınlar”.

 

Digər xəstə isə çətinliklə danışaraq bu xəstəliyə inanmayanlara müraciət edib: “Yalan söhbət ola bilməz, xəstəlik var, mövcuddur. Bunun da qarşısı alınmalıdır”.

 

Qoyulan tələblərə əməl edərək sosial məsafə saxlamaq, tibbi ləvazimatlardan istifadə etmək reanimasiyada ölümlə yaşam arasında mübarizə aparmaqdan daha asandır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan ordu rəhbərliyini topladı 15 İyul 2020, 00:22 Düşmənin döyüş texnikası belə məhv edildi – VİDEO 15 İyul 2020, 00:06 Bakıda jurnalistin evindən oğurluq 14 İyul 2020, 23:51 DİN vətəndaşları toplaşmalardan çəkinməyə çağırdı 14 İyul 2020, 23:39 Orduya dəstək üçün gənclər Şəhidlər xiyabanına toplaşır - CANLI YAYIM 14 İyul 2020, 23:20 Düşmənin daha bir hərbi obyekti məhv edildi - VİDEO 14 İyul 2020, 23:06 Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 402-yə çatdı 14 İyul 2020, 22:52 Alman mediası cəbhədəki vəziyyətdən yazdı 14 İyul 2020, 22:36 İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 14 İyul 2020, 22:23 Əsgərin könlündə taxt quran GENERAL - Polad Həşimovla bağlı XATİRƏLƏR 14 İyul 2020, 22:20 Azərbaycanlı hakerlər daha 30-ya yaxın erməni saytını dağıdıblar 14 İyul 2020, 22:11 “Mən atəşkəs yox, qisas istəyirəm...” - Şəhid polkovnikin xanımı şəhid generaldan yazdı 14 İyul 2020, 21:59 Şəhid mayor Namiq Əhmədov dəfn olunub 14 İyul 2020, 21:46 Türk Şurası Ermənistanın təxribatını sərt şəkildə pislədi - BƏYANAT 14 İyul 2020, 21:38 Ermənilərin Tovuzu atəşə tutduğu uzunmüddətli atəş nöqtəsi məhv edildi - VİDEO 14 İyul 2020, 21:22 Ərdoğandan Azərbaycana DƏSTƏK 14 İyul 2020, 21:14 Bakıda şəhid polkovnikin cənazəsinin qarşılayan yürüş... 14 İyul 2020, 20:58 NATO cəbhədəki durumla bağlı Minsk qrupuna çağırış etdi 14 İyul 2020, 20:47 Heç nəyə və heç kimə baxmadan Qarabağı azad etməliyik! 14 İyul 2020, 20:40 Azərbaycanda daha 543 yoluxma, 6 ölüm 14 İyul 2020, 20:31 Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi 14 İyul 2020, 20:22 Cəbhədə vəziyyət yenidən gərginləşdi – Düşmən Tovuzu atəşə tutdu 14 İyul 2020, 20:13 Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır 14 İyul 2020, 20:04 Azərbaycan diasporu  Ermənistanın məkrli niyyətini pisləyir   14 İyul 2020, 19:54 “Azəriqaz”dan borclu olmadığını iddia edən abonentə CAVAB 14 İyul 2020, 19:45 Ermənistan artilleriyasının idarəetmə məntəqəsi məhv edildi - VİDEO 14 İyul 2020, 19:36 Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi 14 İyul 2020, 19:27 Azərbaycandan Avropa Parlamentinə MÜRACİƏT 14 İyul 2020, 19:18 DTX-dan ordu ilə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ 14 İyul 2020, 19:09 Məmmədyarovun iranlı həmkarı ilə telefonla DANIŞDI  14 İyul 2020, 19:00 Ünvanlı sosial yardıma edilən dəyişiklilər qüvvəyə mindi  14 İyul 2020, 18:51 Yeni dərs ili üçün 339 adda dərslik çap olunacaq 14 İyul 2020, 18:42 Ermənilərin atəşə tutduğu kəndin elektrik xətləri bərpa edildi - Fotolar+Video 14 İyul 2020, 18:33 Pandemiya dövründə İƏT-in fəaliyyət istiqamətlərinə həsr olunmuş virtual mediaforum keçirilDi- FOTO 14 İyul 2020, 18:25 Ermənistan ordusunun daha 2 hərbçisi məhv edildi - ADLAR 14 İyul 2020, 18:18