Modern.az

Goranboyda taxıl biçininə start verildi - FOTO

Goranboyda taxıl biçininə start verildi - FOTO

1 İyun 2020, 20:48

Goranboy rayonunda taxıl biçininə start verildi.

Modern.az  xəbər verir ki, Qaramusalı kəndində 01 iyun 2020-ci il tarixdə 30 hektar sahədə arpa biçini aparılmaqla, rayonda taxıl biçininə başlanıldı. Hər hektara görə orta məhsuldarlıq 35 sentner olub.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti şəxslərlə birgə taxıl zəmisində olub, aparılan biçin işlərinə yerində baxış keçirib və bununla bağlı müvafiq tapşırıqlar verib.

Ümumilikdə, rayonda cari təsərrüfat ilində 21052 hektar sahədə taxıl bitkisi, o cümlədən 12802 hektar sahədə arpa, 8250 hektar sahədə buğda əkilib. Cari məhsul ilində yüksək nəticə əldə olunacağı gözlənilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı