Modern.az

Qənirə Paşayeva 500 Tovuz məktəblisinə kitab hədiyyə edib

Qənirə Paşayeva 500 Tovuz məktəblisinə kitab hədiyyə edib

Aktual

1 İyun 2020, 22:11

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentdə təmsil etdiyi Tovuz rayonunun orta məktəblərində təhsil alan 500 şagirdə, onların maraq dünyasına və yaşına uyğun kitablar hədiyyə edib.

 

Modern.az xəbər verir ki, kitablar təhsildə fərqlənən uşaqlara verilməsi üçün bir sıra məktəblərə hədiyyə edilib.

 

Daha öncələr də, dəfələrlə kitab bağışlama aksiyası keçirən Q.Paşayeva bu dəfəki aksiyanı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı təşkil edib. Bu bayramların qlobal pandemiya ilə bağlı müəyyən məhdudiyyətlər şəraitində keçirildiyini qeyd edən millət vəkili şagirdlərə və müəllimlərə 1000 ədəd qoruyucu maska da hədiyyə edib, şagirdləri öz şəxsi gigiyenalarına diqqət etməyi tövsiyyə edib, virtual və ya tele dərs formatında da olsa, dərslərdən geri qalmamağa çağırıb.

 

Turan ASLAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi