Modern.az

Deputat: “Sosial şəbəkələr haqqında” yeni qanunun hazırlanması çox vacibdir”

Deputat: “Sosial şəbəkələr haqqında” yeni qanunun hazırlanması çox vacibdir”

2 İyun 2020, 12:00

“Sosial şəbəkələrin fəaliyyəti deməyə əsas verir ki, onlar söz azadlığı demokratiya pərdəsi altında insanların mənəviyyatını sarsıtmaqla cəmiyyətin əxlaqını pozmaqla, korlamaqla məşğuldurlar”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

 

O bildirib ki, yalanı, böhtanı təbliğ edib qarşıdurmalara, çağırışlara səsləndirən, terroru, separatizmi dəstəkləyən bu şəbəkələrin yalnız bir məqsədi var: “Xaricdəki havadarlarına arxalanmaqla maliyyə vəsaitləri əldə etmək, ya da vətəndaşları qorxutmaq və şantaj etməklə pul qazanmaq. Sirr deyil ki yüz minlərlə insanlar onların bu hərəkətlərindən əziyyət çəkir, psixoloji sarsıntı keçirir. İnsanlar bir-birinə düşmən kəsilir ailələr dağılır, gərginlik artır. Hər gün bunun şahidi oluruq. Onlar insanlar haqqında nələr söyləmirlər. Nələr uydurmurlar. Dövlətin, məmurların, ziyalıların görkəmli şəxslərin ünvanına nələr demirlər?!

Təəssüf ki əxlaqsız hərəkət edənlər, yaramaz fikir yürüdənlər, yalan uyduranlar haqqında lazımi tədbir görülmür. Bəziləri hətta onları demokratik fikirli insanlar kimi qəbul edirlər. Hər bir insan etdiyi hərəkətə, dediyi fikrə göstərdiyi fakta görə məsuliyyət daşımalıdır. Hesab edirəm ki “Sosial şəbəkələr haqqında” yeni qanunun hazırlanması çox vacibdir. Əks təqdirdə sağlam cəmiyyətimizi uçuruma apara bilərik. Dünyanın super dövlətləri də bunu bir daha təsdiq edir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir