Modern.az

“3 il öncə qanun qəbul etmişik, lakin işləmir” - Cavanşir Paşazadə

“3 il öncə qanun qəbul etmişik, lakin işləmir” - Cavanşir Paşazadə

Aktual

2 İyun 2020, 12:08

“Biz 3 il öncə pay torpaqları ilə bağlı qanun qəbul etmişik, lakin qanun indiyə qədər işləmir”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Cavanşir Paşazadə deyib. O bildirib ki, qanunun işlək hala gətirilməsinə ehtiyac var:

 

“Lənkəran sitrusçuluq və çayçılıqla məşğul olan bölgədir. Xalq Cəbhəsi dövründə çayçılıqla bağlı olan torpaq sahələri məhv edildi. Suvarma problemi isə bu gün də bu bölgədə qalmaqdadır. Su problemi çayçılığın inkişafına bu gün də mane olur. Su anbarları 60 il əvvəl tikilib, artıq lillə dolub. Anbarları təmizləmək lazımdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı