Modern.az

Dünyada daha bir milyarder artdı - FOTO

Dünyada daha bir milyarder artdı - FOTO

2 İyun 2020, 13:51

Dünyadakı milyarderlərin sayı artıb. Modern.az xəbər verir ki, planetin ən varlı adamları siyahısının yeni sakini Yuan Lipinq olub. Lipinq “Shenzhen Kangtai Biological Products” əczaçılıq şirkətinin rəhbəri, çinli maqnat Dyu Veyminin keçmiş həyat yoldaşıdır.

Boşanmadan sonra 49 yaşlı Y. Lipinq şirkətin 161,3 milyon səhminə sahib olub. Qiymətli kağızlar paketi 3,2 milliard dollar dəyərindədir.

2011-2018-ci illərdə Lipinq ərinin əczaçılıq şirkətində direktor vəzifəsini icra edirdi. Hazırda o, şirkətin Pekindəki “Beijing Minhai Biotechnology” şöbəsinə rəhbərlik edir.

       

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır