Arxiv
3 İyun 2020, 10:27 | AKTUAL
Yemişin içində 545 kiloqram 105 qram heroin AŞKARLANDI-FOTOLAR  

Azərbaycan gömrük orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində növbəti uğurlu əməliyyatını həyata keçirib.

 

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Ukrayna Respublikasına yük avtomobilində külli miqdarda narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə məlumat daxil olub.

 

Dövlət Gömrük Komitəsindən (DGK) Modern.az-a bildirilib ki, həmin əməliyyat məlumatı əsasında, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İranın Astara şəhərindən Ukraynanın Xarkov şəhərinə “yemiş” yükü aparan Azərbaycan vətəndaşı Allahverdi İman oğlu Məmmədovun etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz” markalı, 99BF868/99ZD868 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi saxlanılıb:

 

“Gömrük yoxlamasından öncə adı çəkilən vətəndaş idarə etdiyi yük avtomobilində müvafiq sənədlərdə göstərilən “yemiş” yükündən başqa, gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

 

Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı xidməti it avtomobilin qoşqusuna reaksiya verib. Qoşquda olan 26 ədəd paletdə qablaşdırılan “yemiş” yükü boşaldılıb və xidməti itin tətbiqi ilə yenidən yoxlanılıb. Bu dəfə isə xidməti it əsasən 10 ədəd paletə reaksiya verib və həmin paletlərdə olan yüklər əsaslı yoxlanılıb.

 

Yoxlama zamanı 10 paletdə olan 720 ədəd yeşikdə 526 ədəd bağlama aşkar edilib. Bu bağlamalar “örtücü mal” qismində istifadə olunmaq məqsədilə yığılan “yemişlərin” altından çıxarılıb. Bağlamaların içərisində isə preslənmiş halda, spesifik qoxu ilə müşayət olunan, açıq-qəhvəyi rəngli, qablaşdırma ilə birlikdə ümumi çəkisi 545 kiloqram 105 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.

 

Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü Məmmədov Allahverdi İman oğlu CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub”.

 

Xatırladaq ki, Azərbaycan gömrük orqanları son üç gün ərzində 826 kiloqram 054 qram heroin aşkarlayıb və həmin narkotik vasitələrin Avropanın qara bazarında dəyəri 50 milyon avrodan artıqdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanlı hakerlər daha 30-ya yaxın erməni saytını dağıdıblar 14 İyul 2020, 22:11 “Mən atəşkəs yox, qisas istəyirəm...” - Şəhid polkovnikin xanımı şəhid generaldan yazdı 14 İyul 2020, 21:59 Şəhid mayor Namiq Əhmədov dəfn olunub 14 İyul 2020, 21:46 Türk Şurası Ermənistanın təxribatını sərt şəkildə pislədi - BƏYANAT 14 İyul 2020, 21:38 Ermənilərin Tovuzu atəşə tutduğu uzunmüddətli atəş nöqtəsi məhv edildi - VİDEO 14 İyul 2020, 21:22 Ərdoğandan Azərbaycana DƏSTƏK 14 İyul 2020, 21:14 Bakıda şəhid polkovnikin cənazəsinin qarşılayan yürüş... 14 İyul 2020, 20:58 NATO cəbhədəki durumla bağlı Minsk qrupuna çağırış etdi 14 İyul 2020, 20:47 Heç nəyə və heç kimə baxmadan Qarabağı azad etməliyik! 14 İyul 2020, 20:40 Azərbaycanda daha 543 yoluxma, 6 ölüm 14 İyul 2020, 20:31 Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi 14 İyul 2020, 20:22 Cəbhədə vəziyyət yenidən gərginləşdi – Düşmən Tovuzu atəşə tutdu 14 İyul 2020, 20:13 Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır 14 İyul 2020, 20:04 Azərbaycan diasporu  Ermənistanın məkrli niyyətini pisləyir   14 İyul 2020, 19:54 “Azəriqaz”dan borclu olmadığını iddia edən abonentə CAVAB 14 İyul 2020, 19:45 Ermənistan artilleriyasının idarəetmə məntəqəsi məhv edildi - VİDEO 14 İyul 2020, 19:36 Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi 14 İyul 2020, 19:27 Azərbaycandan Avropa Parlamentinə MÜRACİƏT 14 İyul 2020, 19:18 DTX-dan ordu ilə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ 14 İyul 2020, 19:09 Məmmədyarovun iranlı həmkarı ilə telefonla DANIŞDI  14 İyul 2020, 19:00 Ünvanlı sosial yardıma edilən dəyişiklilər qüvvəyə mindi  14 İyul 2020, 18:51 Yeni dərs ili üçün 339 adda dərslik çap olunacaq 14 İyul 2020, 18:42 Ermənilərin atəşə tutduğu kəndin elektrik xətləri bərpa edildi - Fotolar+Video 14 İyul 2020, 18:33 Pandemiya dövründə İƏT-in fəaliyyət istiqamətlərinə həsr olunmuş virtual mediaforum keçirilDi- FOTO 14 İyul 2020, 18:25 Ermənistan ordusunun daha 2 hərbçisi məhv edildi - ADLAR 14 İyul 2020, 18:18 Dolların məzənnəsi sabit qaldı 14 İyul 2020, 18:12 "Azərbaycanın yanında durmağa davam edəcəyik” - Türkiyənin Müdafiə naziri 14 İyul 2020, 18:06 Xınalığa leysan yağdı - Faktiki  hava 14 İyul 2020, 18:00 Azay Quliyev QHT-lərə müraciət etdi 14 İyul 2020, 17:55 Bakıda 6 ayı ərzində 584 kilometrlik yeni qaz kəmərləri çəkilib 14 İyul 2020, 17:50 Ukraynalı deputatlar cəbhədəki gərginlikdən narahatdılar 14 İyul 2020, 17:45 Qafqaz Müsəlmanları İdarəsi cəbhədəki vəziyyətlə bağlı BƏYANAT yaydı 14 İyul 2020, 17:39 İmtahanın nəticələri ELAN olundu 14 İyul 2020, 17:33 Prezident dövlət büdcəsinin icrası haqqında qanun layihəsini TƏSDİQLƏDİ 14 İyul 2020, 17:27 Metronun bəzi stansiyaları açılır - SƏBƏB    14 İyul 2020, 17:22