Modern.az

Azərbaycanda yeni qanun layihəsi qəbul edilir

Azərbaycanda yeni qanun layihəsi qəbul edilir

3 İyun 2020, 13:00

““Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi komitənin iş planından çıxarılıb, bu qanun layihəsinin növbədənkənar sessiyada müzakirəyə çıxarılması gözlənilmir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

 

O bildirib ki, ümumiyyətlə, “Teleradio haqqında” yeni qanunun qəbulu planlaşdırılır: “Bu qanun bütövlükdə nəinki kabel şəbəkəsi yayımını, həmçinin, internetdə yayımla bağlı məsələləri də əhatə edəcəyinə görə “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsini işlər planından çıxardıq”.

 

Qeyd edək ki, hazırda Azərbaycanda “Teleradio haqqında” qanun var.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI