Modern.az

Bu ölkədə 20 jurnalist koronavirusdan öldü

Bu ölkədə 20 jurnalist koronavirusdan öldü

Aktual

3 İyun 2020, 16:57

Peruda iki ay ərzində koronavirus (COVID-19) pandemiyası ilə bağlı vəziyyəti işıqlandıran 20 jurnalist bu virusa yoluxma səbəbindən vəfat edib.

 

Modern.az "theguardian.com"a istinadla xəbər verir ki, onlardan 10 nəfəri əsasən Amazonkanın Loretto Departamentinin paytaxtı İkitosedə işləyərkən koronavirusa yoluxub. Milli jurnalist cəmiyyətinin katibi Juliana Laynesin sözlərinə görə, fövqəladə vəziyyət rejiminin ilk həftələrində jurnalistləri xüsusi qoruyucu paltarlarla təmin etmək mümkün olmayıb.

 

Qeyd edək ki, Peru koronavirusa yoluxanların sayına görə Cənubi Amerikada Braziliyadan (558 237) sonra 2-ci, dünyada isə 9-cu yerdədir. Ölkədə bu günədək 174 min 884 nəfər koronavirusa yoluxub, 4767 nəfər isə vəfat edib.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir