Modern.az

3 gün ərzində küçəyə çıxma qadağası tətbiq ediləcək

3 gün ərzində küçəyə çıxma qadağası tətbiq ediləcək

3 İyun 2020, 19:27

"Hər bir reabimasyon xəstə üçün 10-12 nəfərlik personala ehtiyac yaranır".

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

O deyib ki, gün ərzində 7-8 min tibb işçisi koronaviruslu xəstələrə xidmət edir.

 

R.Bayramlının sözlərinə görə, yoluxma sayının artması karantin rejiminin sərtləşdirilməsilə bağlı müraciəti labüd edib:

 

"Yaxın iki ay ərzində tam 3 gün ərzində küçəyə çıxma qadağası təklifini vermişik. Bunun detalları sabah açıqlanacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı