Arxiv
4 İyun 2020, 12:25 | AKTUAL
Qazaxıstan və Macarıstan ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna üzv qəbul edilib

ATƏT Parlament Asambleyasının İpək Yoluna Dəstək Qrupunun "Post-COVID-19" dövründə iqtisadiyyatın yenidən canlandırılması üçün nəqliyyat və ticarətin sadələşdirilməsi ilə bağlılığın artırılması: ATƏT PA-nın rolu nədən ibarətdir?" mövzusunda onlayn iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclası giriş nitqi ilə açan qrupun sədri, ATƏT PA-nın vitse-prezidenti və ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev koronavirus pandemiyası dönəmində belə bir görüşün keçirilməsinin əhəmiyyətini vurğulayaraq üzv ölkələrin bu platformadan istifadə edərək yeni iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etməsinin əhəmiyyətini qeyd edib.

 

COVID-19 böhranı şəraitində nəqliyyat və ticarət prosedurlarının sadələşdirilməsinin vacibliyini iştirakçıların nəzərinə çatdıran Qrupun sədri bu prosesdə ATƏT PA-nın, İpək Yoluna Dəstək Qrupunun və üzv dövlətlərin parlamentlərinin prinsipial rol oynadığını deyib.

 

A.Quliyev deyib ki, görüşün gündəliyində qrupun fəaliyyəti ilə bağlı bir sıra təşkilati məsələlər də əksini tapıb. Belə ki, ATƏT PA-nın Prezidenti Georgi Tsereteli və Baş katib Roberto Montellanın 29 may 2020-ci ildə keçirilən ATƏT PA-nın Büro iclasında irəli sürdükləri təklifə əsasən Qrupun statusunun yüksəldilməsi və ATƏT PA-nın rəsmi strukturuna çevrilməsi məsələsi də müzakirə olunacaq. Belə bir təşəbbüsə görə ATƏT PA-nın Bürosuna minnətdarlığını bildirən Azay Quliyev bildirib ki, Qrupun ATƏT PA-nın Xüsusi (ad hoc) Komitə statusunu alması üzv dövlətlər arasında əməkdaşlığın yeni keyfiyyət mərhələsinin əsasını qoyacaq.

 

Daha sonra prezident G. Tsereteli və Baş katib R. Montella çıxış edərək Qrupun 3 il ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətəndirdiklərini və onun ATƏT PA çərçivəsində Xüsusi (ad hoc) Komitə statusunu alması məsələsi ilə bağlı fikirlərini bildiriblər. Onlar Qrupun Xüsusi Komitə qismində fəaliyyətinin davam etdirməsinin effektiv addım olacağına inandıqlarını vurğulayıblar.

 

Onlayn konfransa məruzəçi qismində qatılan ATƏT-in İqtisadiyyat və Ətraf Mühit fəaliyyətləri üzrə əlaqələndirici Daniel Krus çıxış edərək deyib ki, COVID-19 pandemiyası hazırkı logistika sisteminin zəifliyini göstərərək milli və regional səviyyələrdə sıx əməkdaşlığa olan ehtiyacı üzə çıxardı. Avstriyanın “Rail Cargo” şirkətinin İdarə Heyətinin üzvü Tomas Paleçek çıxış edərək COVID-19 pandemiyası dövründə təmsil etdiyi qurumun həyata keçirdiyi nəqliyyat və logistik layihələr haqqında və Avrasiyada yerləşən İpək Yolu üzərindəki dəmir yolu nəqliyyatının hazırkı durumu barədə məlumat verib.

 

Görüşdə qurumun 2021-2022-ci illərdə keçiriləcək beynəlxalq konfransları ilə bağlı müzakirələr də aparılıb. ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 2020-ci ilin aprelində keçirilməsi nəzərdə tutulan, lakin COVID-19 pandemiyası səbəbi ilə təxirə salınan 4-cü Beynəlxalq İstanbul Konfransı 2021-ci ilin aprelinə keçirilib.

 

Onlayn görüşdə ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun üzvlüyünə müraciət etmiş Qazaxıstan və Macarıstanın nümayəndə heyətlərinin quruma qoşulması məsələsinə baxılıb və qəbul olunub. Beləliklə, yeni nümayəndə heyətlərinin quruma qoşulması ilə Qrupa üzv ölkələrinin sayı 27-yə çatıb.

 

Sonda ATƏT PA-nın vitse-prezidenti Lord Piter Bouness, İtaliyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Paolo Qrimoldi, Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Nabi Avcı, ATƏT PA-nın Siyasi məsələr və təhlükəsizlik üzrə ümumi Komitəsinin sədr müavini Kostel Nikulayi Dunava çıxış edərək gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildirib.

 

İclasda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri, Azərbaycan Respublikasının Avstriyadakı səfiri Qalib İsrafilov və Azərbaycanın ATƏT-dəki missiyasının müavini Rövşən Sadıqbəyli iştirak edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəmistan Əlizamanlı və koronavirus 12 İyul 2020, 11:15 Gürcüstanda zəlzələ olub 12 İyul 2020, 11:12 ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri təxirə salına bilər 12 İyul 2020, 10:59 Dünyada koronavirusa yoluxan 565 min nəfər həyatını itirib 12 İyul 2020, 10:51 İsveçrə klubu karantinə alındı 12 İyul 2020, 10:48 Kürdəmirdə ata oğlunu güllələdi 12 İyul 2020, 10:38 Gürcüstanda koronavirusa yoluxanların sayı 986 nəfərə çatdı 12 İyul 2020, 10:28 Böyük Britaniyada virusdan ölənlərin sayı 44 min 798 nəfərə çatdı 12 İyul 2020, 10:22 Çində 5.1 maqnitudalı zəlzələ 12 İyul 2020, 10:18 Gəncədə yaşayış evlərini su basdı 12 İyul 2020, 10:12 ABŞ-da son sutkada 71 mindən çox insanda koronavirus aşkarlandı 12 İyul 2020, 09:59 İndoneziyada koronavirusla mübarizə üçün evkaliptdən boyunbağı hazırlandı 12 İyul 2020, 09:51 Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatdı   12 İyul 2020, 09:40 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı məlumat yaydı 12 İyul 2020, 09:35 İsveçrədə robot ərzaq köşkləri fəaliyyətə başladı 12 İyul 2020, 09:30 Dünyanın qeyri-adi memarlıq abidələri 12 İyul 2020, 09:19 Yaponiya şirkəti tərcüməçi-maska hazırladı 12 İyul 2020, 09:09 Kassirin səhvi pensiyaçını milyonçu etdi 12 İyul 2020, 09:05 Türkiyədə ən hündür körpünün açılışı oldu 12 İyul 2020, 09:00 İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı 12 İyul 2020, 08:51 ABŞ-da iki polis əməkdaşı öldürüldü 12 İyul 2020, 08:46 Almaniyada daha 248 nəfər virusa yoluxdu - 3 ölü 12 İyul 2020, 08:35 Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu 12 İyul 2020, 08:25 Tramp pandemiya dövründə ilk dəfə tibbi maskadan istifadə etdi 12 İyul 2020, 08:15 İŞİD-dən hərbçilərə qarşı terror 12 İyul 2020, 00:51 Britaniyada koronavirus qurbanlarının sayı 44 798-ə çatıb 12 İyul 2020, 00:38 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 12 İyul 2020, 00:23 Abşeronda avtomobil yandı 11 İyul 2020, 23:57 Mikroavtobus qəzasında yaralananların kimliyi bilindi - YENİLƏNİB 11 İyul 2020, 23:45 Xəzər sahilinə S-300 zenit raket kompleksi yerləşdirildi 11 İyul 2020, 23:31 Messidən daha bir tarixi rekord 11 İyul 2020, 23:19 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı 339 nəfərə çatdı - STATİSTİKA 11 İyul 2020, 23:00 Şəhriyar Məmmədyarovdan növbəti qələbə 11 İyul 2020, 22:46 Əfsanəvi aktyor koronaya yoluxdu 11 İyul 2020, 22:29 İtaliyada koronavirusdan sutkalıq ölüm halı 7  nəfərədək azaldı 11 İyul 2020, 22:12