Modern.az

“Unikal” qəzeti və “Unikal.org” portalı 10 yaşına çatdı

“Unikal” qəzeti və “Unikal.org” portalı 10 yaşına çatdı

6 İyun 2020, 09:40

Bu gün "Unikal” qəzeti və "Unikal.org” xəbər portalının fəaliyyətə başlamasının 10 ili tamam olur.

Modern.az-ın məlumatına görə, bu media qurumları ilk dəfə oxucularla görüşə 2010-cu il iyunun 6-da gəlib.


Artıq altı ildən çoxdur ki, "Unikal” qəzeti Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan maliyyələşir və layihə icra edir. 

Unikal.org xəbər portalı uzun illərdir aktiv xəbər yayımını həyata keçirir və fəaliyyətə başladığı gündən oxucuların qarşısına ölkədə və dünyada baş verən dəqiq, operativ xəbərlər, siyasi və iqtisadi təhlillərlə çıxır. 

"Xüsusi qeyd edə bilərik ki, hazırda qəzetin və saytın oxucuları müxtəlif sosial qrupları təmsil edən auditoriyadan ibarətdir  və Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir",-deyə redaksiya bəyan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir