Modern.az

Qazaxıstan “OPEK +” sazişinin müddətinin uzadılmasını dəstəkləyib

Qazaxıstan “OPEK +” sazişinin müddətinin uzadılmasını dəstəkləyib

Aktual

7 İyun 2020, 00:28

Qazaxıstan “OPEC +” sazişi çərçivəsində əvvəlki istehsal səviyyəsinin bir ay müddətinə uzadılmasını dəstəkləyib.

Modern.az xəbər verir ki, bu barədə “OPEC +” sazişində iştirak edən ölkələrin toplantısında Qazaxıstanın Energetika naziri Nurlan Noqayev bildirib.

 

Nazir qeyd edib ki, mövcud razılaşma, qlobal neft sənayesinə müsbət təsir göstərib və bu da öz növbəsində dünyada neftin qiymətinin sabit artımında müsbət dinamikaya səbəb olub.

Görüşdə tərəflər neft hasilatındakı ümumi azalmanın gündəlik 9,7 milyon barel səviyyəsində bu ilin iyul ayının sonuna qədər uzatmaq qərarına gəliblər.

Qeyd edək ki, Qazaxıstanın Energetika Nazirliyi “OPEC+” sazişi çərçivəsində may-iyun aylarında ölkənin orta və iri yataqlarında neft hasilatını məhdudlaşdırıb. Hasilatın məhdudiyyəti ölkənin orta, iri və nəhəng yataqlarını əhatə edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar