Modern.az

Partiyalarda koronavirusa yoluxma: YAP-da yoxdu, Müsavatda çoxdu...

Partiyalarda koronavirusa yoluxma: YAP-da yoxdu, Müsavatda çoxdu...

Hadisə

12 İyun 2020, 15:25

Dünyanı bürüyən koronavirus pandemiyası Azərbaycanda da yan keçmədi. Pandemiyanın ölkəmizdə aşkarlandığı ilk gündən indiyə qədər tanınmış şəxslər, müğənnilər, həkimlər və s. arasında da koronavirusa yoluxanlar, həyatını itirənlər oldu.


Modern.az
siyasi partiyalarda koronovirusa yoluxma hallarının olub-olmadığını öyrənməyə çalışıb.

Yeni Azərbaycan Partiyasının mətbuat katibi Hüseyn Paşayev saytımıza açıqlamasında partiyada  koronavirusa yoluxma halının qeydə alınmadığını söyləyib:


“Yeni Azərbaycan Partiyasının üzvlərindən koronavirusa yoluxan şəxslər yoxdur”.


Müsavat Partiyasının
üzvləri arasında isə yoluxan şəxslər xeyli çoxdur. Bu barədə partiya başqanının müavini Səxavət Soltanlı məlumat verib:

“Müsavat Partiyası üzvləri arasında virusa yoluxanlar, hətta həyatını koronavirusla mübarizədə itirənlər də var. İlk dünyasını dəyişən həkim Zakir Xəlilov da Müsavatın üzvü idi. Gəncə şəhərində də müsavatçıların ailəsindən virusa yoluxanlar var”.


Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimlinin
isə müavininin qohumu koronavirusa yoluxub:


“Partiya üzvlərindən deyil, partiyada müavinimin gəlini koronavirusa yoluxub. Hazırda Sumqayıtda müalicə alır. Partiya üzvlərindən yoluxan yoxdur”.


Ümid Partiyasının sədri İqbal Ağazadə:


“Şükür Allaha, hələlik partiya üzvlərindən koronavirusa yoluxan yoxdur”.


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu
da ADP-də yoluxma olmadığını söyləyib:


“Partiya üzvlərindən heç kim koronavirusa yoluxmayıb”.


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də ümidli danışıb:

“Müasir Müsavat partiyasında da koronavirusa yoluxan yoxdur”.

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Oruclu:

 

“AMİP üzvləri arasında koronavirusa yoluxma halı olmayıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!