Arxiv
13 İyun 2020, 10:32 | ƏDƏBİYYAT
Umberto Eko – Den Brauna inanmaq  

Hər gün əlimə Den Braunun  “Da Vinçi şifrəsi” kitabıyla bağlı yeni bir şərh keçir. Təkcə italyanca yazılanları deyirəm, çünki bütün dünyada çapdan çıxan kitablarla bağlı biblioqrafiya əldə etmək bacarığım yoxdur.

 

İtaliyada çıxan kitabları saya bilərəm: Bart Ehrmanın “Da Vinçi Şifrəsi reallığı”, Darrel L.Bokun “Da Vinçi şifrəsi. Həqiqətlər və yalanlar”, Den Burşteynin “Şifrənin sirləri.” Mütləq diqqətimdən qaçan başqa kitablar da olub. Bu mövzuda çıxan məqalələrlə bağlı informasiya əldə etmək üçün Opus Dei internet saytını ziyarət edə bilərsiniz. Ateist olsanız da, bu sayta etibar edə bilərsiniz. Əsas problem katolik dünyasının Den Braunun kitabını niyə yerlə-bir etməyə çalışmasıdır. Əgər katolik müəlliflər kitabdakı bütün bilgilər əsassız olduğunu yazırlarsa, onlara da inana bilərsiniz.

 

“Da Vinçi şifrəsi” bir romandır, onun üçün yazıçının istədiyini uydurmaq haqqı var. Üstəlik, böyük ustalıqla yazılıb və birnəfəsə oxunur. Yazıçının kitabın əvvəlində nəql etdiklərinin tarixi həqiqətlər olduğunu deməsi də vacib deyil. Təcrübəli oxucu “həqiqətləri yazıram” deyilməsinə vərdiş edib, bu, roman dünyasının bir oyunudur. Problem bir neçə təcrübəsiz oxucunun bu açıqlamaya inanmasındadır, eynilə tamaşaçıların ənənəvi Sisiliya kukla oyununda Gano di Maqanzanı təhqir etməkləri kimi.

 

“Da Vinçi şifrəsi”nın tarixi reallıqları əks etdirməyini isbat etmək üçün xırda bir yazı yazmaq kifayətdir (bu haqda gözəl yazılar yazılıb). Birincisi, İsanın Məcdəlli Məryəm ilə evlənməsi, Məryəmin Fransaya səyahəti, Merovenj xanədanlığının qurulması və Siyon monastrı hekayəsi neçə illərdir metafizik elmlərə maraq göstərən şəxslər üçün yazılmış kitab və kitabçalarda geninə-boluna istifadə edilib. (Gilbert de Sidin Rennes-le-Chateasundan Baigent, Leigh və Linkolnun “Müqəddəs qan, müqəddəs qədəh” kitablarına qədər).

 

Bütün bu əsərlərin şişirdilmiş hekəyələr olması uzun müddət əvvəl deyilib və isbat olunub. Üstəlik, Baigent, Leigh və Linkolnun əsərlərini oğurladıqları ittihamıyla Den Brauna qarşı qanuni prosedur başladacaqları deyilir.Necə olur? Əgər Napaleonun bioqrafiyasını yazası olsam (real hadisələri nəql edərək), Napaleonun başqa bioqrafiyasını eyni hadisələri uydurma detallarla ifadə edən müəllifi əsərimi oğurlamaqla ittiham edə bilmərəm. İttiham etməyim üçün çox original kəşfimi (düşüncəmi, ya da yalanımı, necə istəsəniz elə deyin) oğurlamış olmalıdır.

 

İkinci məsələyə keçək, Braun kitabını çoxsaylı tarixi səhvlərlə doldurub. Əvvəla, İsa haqqında Ölü Dəniz əlyazmalarında informasiya axtarılıb (Kilsənin senzuraya məruz qoyduğu bilgiləri) Bu əlyazmalar İsadan yox, musəvilərdən, essenilərdən bəhs edir. Braun Ölü Dəniz əlyazmalarını Nah Hammadi əlyazmalarıyla qarışdırır.

 

 

“Da Vinçi şifrəsi” hadisəsini işləyən kitabların əksəriyyəti, xüsusilə də yaxşı yazılanlar və kitab sayılacaq qalınlıqda olanlar Braunun yağmaladığı hər şeyi ən xırda detalına qədər təhlil edirlər. Bu kitablar yalanı vurğulamaq üçün yazılmış olsalar da, metafizik materialın yayılmasına rəvac verirlər. Son vaxtlar irəli sürülən qəribə düşüncəni qəbul edəsi olsaq (guya bu kitab satanik bir konspirasiyadır), əsər haqqındakı hər təkzib içindəki üstüörtülü sözlərin daha çox yayılmasına imkan yaradır.

 

Məzmunun falş olması sübut olunsa da, bu kitab niyə özü özünü istehsal etməyə davam edir? Çünki insanlar mistikaya (və konspirasiyalara) acdır, onlara düşünəcəkləri bir sirr daha təqdim olunanda (bunun hiyləgərlərin uydurması olduğunu desən belə) tezcə inanırlar.

 

Kilsəni qayğılandıran hadisənin bu olduğunu düşünürəm. “Şifrə”yə (və başqa bir İsaya) inanc xristianlıqdan çıxmaqdır. İnsanlar artıq tanrıya inanmırlarsa, deyirdi Çesterton, bu o demək deyil ki, heç bir şeyə inanmırlar, əksinə hər şeyə inanırlar. Kütləvi İnformasiya Vasitələrinə belə inanırlar.

 

Çox böyük bir izdiham San Pyetro Meydanında Papa II İohan Pavelin ölümü xəbərini gözləyərkən, axmaq bir cavanın qulağında cib telefonu, gülümsəyərək kameralara əl sallaması mənə çox təsir etdi. Milyonlarca dindan evlərində dua edərkən, o və onun kimi başqaları niyə ordaydı? Metafizik və mediatik bir hadisəni gözləyərkən, İsanın Məcdəlli Məryəm ilə evləndiyinə, Siyon Təriqətinin mistik bağıyla Jan Koktuya bağlı olduğuna inanmağa hazır deyildimi görən?

Tərcümə: Qismət   

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Valideynlər övladları üçün doğru məktəbi necə seçməlidir?                  14 May 2021, 11:06 Yaponiyada zəlzələ olub 14 May 2021, 10:44 Qazax və Şəmkirdə qaz xətləri yenilənir 14 May 2021, 10:31 Arif Rəhimov beynəlxalq mediaya müsahibə verib 14 May 2021, 10:16 Zakir Həsənov azad olunmuş ərazilərdə - FOTOLAR 14 May 2021, 10:09 20 yaşlı tələbə itkin düşüb 14 May 2021, 10:04 Fransa prezidentindən Azərbaycana qarşı ƏSASSIZ İTTİHAM 14 May 2021, 10:00 İsrail hava hücumlarına yenidən başlayıb 14 May 2021, 09:50 Tokio Olimpiadasının keçirilməsinə qarşı petisiya toplanır 14 May 2021, 09:33 Yer kürəsinə asteroid yaxınlaşacaq 14 May 2021, 09:19 BMT Təhlükəsizlik Şurası Fələstin üçün TOPLANACAQ 14 May 2021, 09:05 Ordumuz antiterror təlimlərinə başlayır 14 May 2021, 08:26 Məni niyə Şuşaya aparmayıblar? 14 May 2021, 01:17 Bakıda yeniyetmə boğazından bıçaqlandı 14 May 2021, 00:58 Ən çox peyvənd vurulan ölkələr 14 May 2021, 00:43 ABŞ 120 nəfərlik personalı İsraildən çıxardı 14 May 2021, 00:27 İsrailin atəşi nəticəsində “Anadolu” agentliyinin iki əməkdaşı yaralandı 14 May 2021, 00:16 Livandan İsrail istiqamətinə raket atıldı 14 May 2021, 00:01 Ermənistan-Azərbaycan sərhədində gərginliyin izi hara aparır? - TƏHLİL 13 May 2021, 23:53 Gürcüstanın Baş naziri müsəlmanları təbrik etdi - FOTO 13 May 2021, 23:48 Polisin xəbərdarlığına baxmayan 10 piyada cərimələndi - FOTO 13 May 2021, 23:32 “Oğlumun “Sportinq”ə keçməsi üçün hər şeyi edəcəm” - Ronaldonun anası 13 May 2021, 23:17 Türkiyədə yoluxanlar azaldı, ölənlər artdı 13 May 2021, 23:04 ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ 13 May 2021, 22:49 İsmayıllıda ağır yol qəzası - ölən var 13 May 2021, 22:35 Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə GETDİ 13 May 2021, 22:27 Daha 30 şirkət Rusiyaya pomidor ixrac edəcək 13 May 2021, 22:18 Ermənistan-Azərbaycan gərginliyi: “Bizə aid olanların hamısını geri qaytaracağıq!” - ŞƏRH 13 May 2021, 22:03 Ermənistanla sərhəddə nə baş verir? - XİN AÇIQLAMA YAYDI 13 May 2021, 22:03 ATƏT sədri Ermənistanın XİN rəhbəri ilə də danışdı 13 May 2021, 21:53 Cəlilabadda atanın törətdiyi qəzada qızı öldü 13 May 2021, 21:42 Hacıbala Abutalıbova - Hansı yaxşıdır, ölü, yoxsa ilana zəhər verən kərtənkələ? 13 May 2021, 21:34 Gürcüstanda bu məhdudiyyətlər ləğv olundu 13 May 2021, 21:28 ATƏT sədri ilə Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə edildi 13 May 2021, 21:15 Bir ölkəyə görə bütün dünya məhv ola bilər 13 May 2021, 21:02