Arxiv
13 İyun 2020, 11:11 | ƏDƏBİYYAT
Mübariz Rəhimov – Bokaçço və Lilit

Eşqin şəhidləri eşqin əli qanlı qatilinə, elmin şəhidləri elmin uğurlu sizifinə çevrilib.

 

Covvani Bokaçço “Dekameron”dakı “Elizabet və reyhan dibçəyi” hekayəsində bacıları Elizabettanın fəhlə Lorenzoyla eşq şərbətinin dibini sıyırdıqlarını öyrənən qardaşlar emosiyalarını birtəhər cilovlayıb, tez gecəliklə dəyirmi masa keçirərək qərara gəlirlər ki, bunu açıb-ağartmağın mənası yoxdur, havayı özlərini cəmiyyət içində biabır edəcəklər, düzdür, qardaşlardan birini güclə zəbt edirlər, beləliklə, (rasional düşünən cəmiyyət həmişə fərqlənir hər situasiyada, soyuqqanlılığını qoruyub ən çox mənfəətlə çıxacağı yolu axtarır) bir neçə gün sonra qardaşlar Lorenzonu öldürüb basdırırlar, ancaq Lorenzo Elizabetin yuxusuna girib basdırıldığı yeri işarə verir, Elizabet qardaşlarının icazəsi ilə küçəyə hava almaq bəhanəsi ilə çıxır, Lorenzonun basdırıldığı yeri tapır, cəsədi otağına daşıya bilmədiyi üçün cəsədin başını kəsir,  gətirib yataq otağındakı reyhan dibçəyinin altına basdırır. Qardaşları cismani eşqin qarşısını alsalar da, ruhani eşqin qarşısını ala bilmirlər.

 

Burada ən maraqlısı başın dibçəyə niyə qoyulması yox , Elizabetin bu hərəkəti sanki qazana xaş qoyarmışcasına, heç bir emosionallıq olmadan, soyuqqanlılıq və ifadəsizliklə etməsidir. Bu əsərin tarixi konteksindən baxsaq,  Avropada vəbanın tüğyan etməsi, ölümün sadə bir həyat hadisəsinə çevrilməsi, insanların həyatını yaşamağa heçnəyin mane olmaması  sadəcə  xatirənin saxlanması üçün formallığın yerinə yetirilməsidir. Bir az da eşələsək, burada qadın obrazına həm həyati, həm də intertekstuallıq baxımından nəzər yetirsək, qadın obrazının həmişəki kimi öz ampluasında olduğunu görmək olur.

 

Bir az Lilit əfsanəsi barədə danışım, çünki bizə lazım olacaq, sonra söhbətin məğzinə doğru irəliləyəcəyəm. Qədim bir yəhudi əfsanəsinə görə bu hekayə Adəmlə Həvvadan öncəsinə dayanır. Lilitin tarixi Mesopotamiya mədəniyyətinə qədər uzanır.  Lilit  Adəmlə birgə yaradılır, ancaq haqq-hüquq məsələlərində və sevişərkən Lilit feminen hisslərinin təsiri altında birgə yaradıldıqları üçün eyni haqqa sahib olduqlarından Adəmin həmişə üstdə olmasını təhqiredici sayaraq, Adəmə etirazlarını bildirir, ancaq etirazları nəticəsiz qaldığı üçün Adəmin yanından Şeytanın yanına yüksəlir. Adəm tək qaldığına görə Tanrıdan Liliti geri gətirməsini istəyir, ancaq Lilit tanrının onu geri gətirməsi üçün göndərdiyi mələkləri geri çevirir, beləliklə, tanrı Adəm üçün onun qabırğasından Həvvanı yaradır.

 

Qadın eşqindən söhbət gedəcəksə, bura Leylini dəvət etməkdə fayda var. Elizabet də Leyli kimi tədbirlidir,  sanki ad yazdırmaq xatirinə bəzi kiçik öhdəliklərini yerinə yetirir sonra gələcəkdə bunları əlinə bayraq  tutub, Lilitin öndərliyində feminist ideologiya ilə haqq-hüquq savaşına girir. Ancaq burada da bir təzad var. Leylini əməlsizlikdə günahlandıran Məcnunlar əməlsizlik orucunu pozan Leylini gördükdə, ona fahişə damğası yapışdırır. Məcnun Leylini günahlandırmaqda səhv edir,  o, Adəm peyğəmbərini günahlandırmalı idi, çünki  Adəm dişisini başı kötəkli, qarnı bəbəkli sevir. Adəm Liliti işverənlik edib cənnətdən qovmasaydı, bu gün həmin Leyli səhrada Məcnunla aşıq atardı. Biz qadının mağmın olanını, Həvva olanını sevirik, Lilit bizlik deyil. Lilit bizlik olsaydı, elə Adəm onu bağrına basardı, əcdadımızın bacarmadığını insest münasibətlərdən doğan (dini mifologiyaya görə) bizlər necə edəcəyik ?

Qayıdaq, Elizabetin Lorenzonun başını niyə reyhan dibçəyinə qoymasına. Kəsik başın reyhan dibçəyinin içinə qoyulması ayini Elizabetin ruhani eşqinin simvoludur. Reyhanın istifadəsi insanlıq tarixi qədər qədimdir. Yüz illərdən bəri müxtəlif mədəniyyətlər və xalqlar tərəfindən yetişdirilən reyhanla bağlı fikirlərə Hipokratın qeydlərində, hətta Quranın Rəhman surəsinin 12-ci ayəsində rast gəlmək olar. Romalılar üçünsə, eşqin simvolu sayılan reyhan bərəkət, sədaqət və sevgini təmsil etdiyindən mənəvi cəhətdən də dəyərli olub. Aşiqlər bir-birinə bir budaq reyhan verirsə, sevdiklərinin qəlbini sonsuza qədər qazanacağına inanırmışlar. Bütün qadınlar kimi Elizabet də eşqinin ən maniyalı təlatümü ilə Lorenzonu reyhana basdırıb boğur.

 

Artıq bu eşqin simulyasiyası Elizabetin röyalarında baş tutacaq. Ancaq bir sual da var ki, bəs Leyli Məcnunun başını kəsə bilərdimi ? Bu suala hamı kimi mən də kəsə bilməzdi deyirəm.

 

Burada şərqlə qərbin eşqə baxışı, hətta həyata necə baxdıqlarını irrasionallıq və rasionallığın, isti qanla soyuq qanın, etikayla estetikanın ayaq izləri görünür.

 

Şərq dini moizələrin təsiri altında ölülərini müqəddəsləşdirib, tanrı dərgahına tezliklə qovuşdurmaq səfsətəsinin fatalist duyğularıyla öz ölümlərini aciz vəziyyətdə gözləyəndə, qərbdə ölümə müqavimət məqsədi ilə XVI əsrdə Elizabetin Lorenzoya olan eşqinin ən manik halı ilə yevistaxilərin tibb elminə olan eşqi qəbiristanlıqdan elmi məqsədlə meyitləri oğradıqlarına görə, inkvizisiya məhkəməsi tərəfindən tibbi anatomiya yolunda şəhidliklərini təsdiq edən, qoxusu bütün qərbi bürüyən, ancaq şərqə gəlib çatmayan, canlı bədənlərindən qalxan tüstü dumana qarışır,  kilsə bu qoxuyla meyxoş olur, müsəlman şərqi isə letargiya yuxusuna dalırdı.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu gün Şuşada “Xarıbülbül” festivalı başlayır 12 May 2021, 09:28 Tanınmış ictimai xadimlər və jurnalistlər Şuşaya GETDİLƏR 12 May 2021, 09:21 Amerikalı hüquqşünas hay kilsəsinin həyasızlığı barədə… 12 May 2021, 08:58 Arif Quliyevin o dünyadakı QONŞULARI: “Qurd qapısı”nda torpağa qarışan MƏŞHURLAR... 12 May 2021, 08:33 Qazax Müəllimlər Seminariyası bərpa edilib 12 May 2021, 08:30 Kəlmeyi-şəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist - Azər Mirzəyevin SON GÜNÜ 12 May 2021, 08:26 İsrail “Həmas” hərbi kəşfiyyatının rəhbərlərini məhv edib 12 May 2021, 08:18 Tatarıstanda matəm elan edildi 12 May 2021, 08:03 İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı 12 May 2021, 07:54 BMT Təhlükəsizlik Şurası təcili TOPLAŞIR 12 May 2021, 02:41 Bakıda piyadanı maşın vurub öldürdü 12 May 2021, 02:32 "Onlar bunu öz həyatları ilə ödəyəcəklər" - Netanyahudan hədə 12 May 2021, 02:25 "Barselona" səfərdə vacib xal itirdi 12 May 2021, 02:08 “Formula 1”in Türkiyə mərhələsi ləğv olundu 12 May 2021, 01:00 İsrailin Qəzzaya hava zərbələri nəticəsində 10 uşaq öldü 12 May 2021, 00:53 Tel-Əvivdəki hava limanı raket zərbələrinə görə uçuşları dayandırır 12 May 2021, 00:44 Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır 12 May 2021, 00:35 Bakıda I qrup əlil bıçaqlandı 12 May 2021, 00:19 Çempionlar Liqasının finalı İstanbuldan Portuya veriləcək? 12 May 2021, 00:05 “Beşiktaş”la “Fənərbaxça” büdrədi - “Qalatasaray”  sevindi 11 May 2021, 23:51 Azərbaycanlı güləşçi Tokio-2020-də Ukraynanı təmsil edəcək 11 May 2021, 23:36 İsrail Qəzzaya eyni anda 80 qırıcıdan zərbə endirdi 11 May 2021, 23:20 "Mançester Siti" vaxtından əvvəl çempion oldu 11 May 2021, 23:08 HƏMAS Tel-Əvivə 130 raket atdığını açıqladı 11 May 2021, 22:55 Mark Zukerberq keçilərinə ad verdi - FOTO 11 May 2021, 22:44 BMT Baş katibindən Fələstin və İsrailə çağırış 11 May 2021, 22:28 Türkiyə daha 5 PKK-çını məhv etdi 11 May 2021, 22:13 Prezidenti təhqir edənlər istintaqa cəlb edildi 11 May 2021, 22:01 Prezident vacib mesajlar verdi 11 May 2021, 21:46 ÜST koronavirusla bağlı son vəziyyəti açıqladı 11 May 2021, 21:35 Türkiyədə virusdan ölənlərin sayı artdı 11 May 2021, 21:19 “Barselona” bu müdafiəçini heyətinə qatır 11 May 2021, 21:04 Balakəndə maşın çaya düşdü - ölən və yaralananlar var 11 May 2021, 20:50 Paytaxtın bu ərazisində tıxac yaranıb - FOTO 11 May 2021, 20:35 Heydər Əliyevin Belqrad və Buxarest şəhərlərindəki abidəsi ziyarət edildi - FOTO 11 May 2021, 20:28