Modern.az

COVİD-19 testindən keçmək üçün QİYMƏTLƏR

COVİD-19 testindən keçmək üçün QİYMƏTLƏR

22 İyun 2020, 14:16

Azərbaycanda COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində görülən tədbirlərə baxmayaraq statistika artmaqda davam edir. Təkcə ötən gün COVİD-19 infeksiyasından daha 6 nəfər dünyasını dəyişib, 471 yeni yoluxma qeydə alınıb. İyunun 16-dan isə AZAL uçuş üçün bilet alan şəxslərin məcburi COVİD-19 testindən keçməsini tələb edir. Amma AZAL cəmi üç laboratoriyadan (İnci laboratoriyası, Referans klinikası və Memorial Klinik) verilən arayışları qəbul edir. Bu günlərdə isə Referans Klinik Laboratoriya Mərkəzi ilə bağlı skandal yaşandı. Koronavirusa qarşı testdən keçən vətəndaşa analizin nəticəsinin neqativ olduğu bildirilsə də, əslində pozitiv imiş. Maraqlıdır, digər laboratoriyalarda da eyni problem yaşanıbmı?

Məsələ ilə bağlı AZAL-ın arayışını qəbul etdiyi İnci laboratoriyası ilə əlaqə saxladıq.

İnci laboratoriyasının Korperativ şöbəsinin rəhbəri Elnarə Əfəndiyevanın Modern.az-a verdiyi məlumata görə, testlərə başlanıldığı tarixdən indiyədək laboratoriyanın Mərkəz Filialında həm qandan, həm də yaxmadan COVİD-19-a qarşı test aparılır:

"Müraciət edənlərdən  293 nəfəri yalnız qandan analiz verənlərdir. İyunun 16-dan 21-dək təkcə yaxma verənlərin sayı 324 nəfər olub.  Həmin şəxslər isə həm AZAL-ın uçuşlarından istifadə edənlər, həm də TƏBİB vasitəsi ilə yaxmalar götürülənlərdir. Hazırda qandan bütün filiallarda test aparılsa da, yaxmadan ancaq Mərkəz filialında yoxlama aparılır. Belə ki, AZAL-ın uçuşları başlanıldıqdan sonra təcili yardımla götürülən yaxma nümunələrinin yoxlanılması daha çox vaxt aldığından TƏBİB akreditasiyadan keçən bəzi laboratoriyalara da ödənişli analiz aparmağa icazə verib. Bizim laboratoriyada TƏBİB-in bildirişləri əsasında bu prosesə  iyunun 16-dan başlanılıb".

 

E.Əfəndiyeva təmsil etdiyi laboratoriyanın nəticələri ilə bağlı indiyədək narazılıq olmadığını qeyd edib.

 

Qeyd edək ki, laboratoriyada COVİD-19-a qarşı testdən keçmək üçün ödəniş 50-130 manat arasında dəyişir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir