Modern.az

Azərbaycanda 2 məhkəmə sədri barədə intizam icraatı başlanıldı

Azərbaycanda 2 məhkəmə sədri barədə intizam icraatı başlanıldı

23 İyun 2020, 20:31

İki məhkəmə sədri barəsində intizam icraatı başlanıb.

Məhkəmə Hüquq Şurasından Modern.az-a verilən məlumata görə, xüsusi karantin rejiminin, hakimlərin etik davranış Qaydalarının tələblərinin pozulmasına görə Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova, qanunvericiliyin tələblərini pozduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib. Daha 5 hakim, o cümlədən korrupsiyaya və qeyri-prosessual münasibətlərə şərait yaradan hallara yol verdiklərinə görə 2 məhkəmə sədri barədə intizam icraatı başlanılıb.


İclasda Məhkəmə sisteminə ictimai etimadı azaldan və ədalət mühakiməsinin nüfuzuna xələl gətirən hallara yol verən hakimlər barədə bundan sonra da ən sərt tədbirlərin görüləcəyi bir daha diqqətə çatdırılıb.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir