Arxiv
24 İyun 2020, 10:20 | İQTİSADİYYAT
Vergi yenilikləri: Gizli iqtisadiyyatla mübarizə, ayrıseçkiliyə son, vergi yığımlarında ədalətlilik…

Vergi sistemində aparılan islahatlar Azərbaycanda vergi mədəniyyətinin formalaşmasına gətirib çıxarır. Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.


V.Bayramov qeyd edib ki, 2019-cu ildə aparılan islahatların ana xəttini gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi təşkil edib:


“Etiraf etmək lazımdır ki, 2018-ci ildən vergi sistemində şəffaflığın artırılması və bu sistemdə islahatların həyata keçirilməsini müşahidə edirik. Ötən il bu baxımdan yaddaqalan illərdən oldu. Gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi, büdcəyə 1 milyard manatdan artıq əlavə vəsaitin daxil olmasına imka verdi. Büdcə gəlirləri 23,1 milyard manat proqnozlaşdırılsa da, büdcəyə 24,2 milyard manat vəsait cəlb etmək mümkün oldu. Nəticədə gizli iqtisadiyyata qarşı mübarizə və vergi sisteminin şəffaflaşması büdcə üçün əlavə gəlir mənbələri yaratdı. Bu da təbii ki, real sektordan büdcəyə daxilolmalara təsir göstərdi. Eyni zamanda, sahibkarların bərabər olaraq vergiyə cəlb olunması prosesi müşahidə olunmağa başladı”.

 

Deputatın sözlərinə görə, əvvəllər bir çox hallarda kimlərsə tərəfindən himayə olunan sahibkarlıq subyektləri vergidən yayınırdı:


“Bu da təbii olaraq vergi yığımlarında ədalətin formalaşmasına imkan vermirdi. Artıq 2018-ci ildən etibarən mərhələləli şəkildə bütün sahibkarlıq subyektlərinin bərabər olaraq vergi məcəlləsinin müəyyənləşdirdiyi öhdəliklərə uyğun olaraq vergiyə cəlb edilməsini müşahidə etdik. Bu da vergi mədəniyyətinin formalaşması baxımından çox vacib idi. Vergi sisteminin şəffaflaşması, həm də Azərbaycanda vergi mədəniyyətinin formalaşmasına gətirib çıxarır. Artıq əvvəlki dövrlərdən fərqli olaraq, vergi orqanları sahibkarlıq subyektlərinin fəaliyyətinə qeyri-qanuni müdaxilə etmir. Sahibkarlıq subyektlərinin əksəriyyəti isə qanunla müəyyənləşdirilmiş vergini ödəməkdə maraqlıdırlar. Bu isə qeyri- rəsmi məşğulluğun rəsmiləşdirilməsində özünü göstərir. Belə ki, ötən il 153 min yeni əmək müqaviləsi bağlandığı halda, bu ilin 4 ayında 100 min yeni əmək müqaviləsi bağlanıb. Artıq sahibkarların özü rəsmi, qanunauyğun şəkildə fəaliyyət göstərməklə, vergi ödəməkdə maraqlıdırlar. Bu da təbii ki, vergi mədəniyyətinin inkişaf etməsinə, vergi sistemində davam etdrilən islahatların sürətləndirilməsinə zəmin yaradır. Nəticədə uzun müddətdir  müzakirə etdiyimiz vergi mədəniyyətinin formalaşmasına və daha da inkişaf etdirilməsinə gətirib çıxaracaq. Etiraf etmək lazımdı ki, son illərin ən ciddi, eyni zamanda iqtisadiyyata daha çox təsir edən mübarizəsi gizli iqtisadiyyata qarşı mübarizə və və vergi sisteminə şəffaflığın daha da artırılması oldu. Bu ondan xəbər verir ki, biz praktik olaraq postpandemiya dövründə vergi mədəniyyətinin daha da inkişaf etməsi və sahibkarların artıq vergi öhdəliklərini könüllü yerinə yetirmələrində maraqlı olduqlarını müşahidə edəcəyik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
13 şəhər və rayonda bu məhdudiyyətlər qüvvədə qalır - SİYAHI 3 Avqust 2020, 16:18 Avqustun 5-dən SMS icazə ləğv edilir 3 Avqust 2020, 16:15 Avqustun 5-dən bu karantin qaydaları yumşaldılır - RƏSMİ 3 Avqust 2020, 16:11 Türkiyə ilə Rusiya arasında üçüncü qarşıdurma – bu dəfə Qarabağda - TƏHLİL 3 Avqust 2020, 15:44 Keçmiş qadın məhkum oğurluq etdiyinə görə saxlanıldı 3 Avqust 2020, 15:32 Ermənilər Müdafiə Nazirliyinin adına saxta "twitter" hesabı açıb - XƏBƏRDARLIQ 3 Avqust 2020, 15:23 Rusiyada virusa yoluxanların sayı 850 mini keçdi 3 Avqust 2020, 14:58 İtaliya Azərbaycana tibbi missiya göndərir 3 Avqust 2020, 14:40 “EduHack” hakatonu yekunlaşdı: Distanttəhsil problemlərinə qarşı 18 innovativ təqdimat 3 Avqust 2020, 14:25 Siyəzəndə karantini pozanlar cərimələnib 3 Avqust 2020, 14:19 İranda koronavirusa yoluxanların sayı kəskin artdı 3 Avqust 2020, 14:16 Karantin qaydalarını pozan daşıyıcılara XƏBƏRDARLIQ 3 Avqust 2020, 14:02 Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI 3 Avqust 2020, 13:57 Gəncədə 38 yaşlı kişi meyiti tapılıb 3 Avqust 2020, 13:45 Sabiq Roma papası ağır xəstələnib 3 Avqust 2020, 13:34 Sabahın hava PROQNOZU - Külək, yağış, leysan... 3 Avqust 2020, 13:20 DİM abituriyentlərə MÜRACİƏT ETDİ 3 Avqust 2020, 13:01 Nobel mükafatçıları Əbdüs Salam və Aziz Sancardan müsəlman dünyasına ÇAĞIRIŞ 3 Avqust 2020, 12:49 DİN Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 3 Avqust 2020, 12:18 Növbədənkənar sessiyanın ilk iclasının gündəliyi AÇIQLANDI 3 Avqust 2020, 12:09 Erməni təxribatı - Azərbaycan Konsulluğundan UFC prezidentinə etiraz  3 Avqust 2020, 12:05 Xızıda poçtun seyfini yaran şəxs tutulub 3 Avqust 2020, 11:40 Həftəsonu 3 nəfər yol qəzalarında ölüb 3 Avqust 2020, 11:27 Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulunun nəticələri açıqlanıb 3 Avqust 2020, 11:25 Bakıda sosial məsafə gözləməyənlər, maska taxmayanlar CƏRİMƏLƏNDİ 3 Avqust 2020, 11:18 Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş konsul akademikə SÖZ ATDI 3 Avqust 2020, 11:03 Mənəviyyat işığında 3 Avqust 2020, 10:50 Azərbaycandakı faktiki hava şəraiti ilə bağlı AÇIQLAMA 3 Avqust 2020, 10:46 10 erməni 2 azərbaycanlıya hücum etdi, gücləri çatmadı, silaha əl atdılar - Kanadadakı qarşıdurmanın TƏFƏRRÜATI 3 Avqust 2020, 10:36 Silsilə oğurluq edən şəxslər saxlanılıb 3 Avqust 2020, 10:32 Azərbaycanda istixanalar, soyuducu anbarlarla bağlı YENİLİK 3 Avqust 2020, 10:28 Heydər Əliyev Fondu 100 min aztəminatlı ailəyə qurban payı çatdırıb 3 Avqust 2020, 10:09 Oğuzda kriminal aləmə yaxın qohumlar polisə atəş açıb - FOTOALAR 3 Avqust 2020, 10:06 Bakıda iki sərnişin avtobusu toqquşub, yaralanan var - FOTO - YENİLƏNİB 3 Avqust 2020, 09:55 Jurnalist ÖLDÜRÜLDÜ 3 Avqust 2020, 09:46