Arxiv
28 İyun 2020, 19:28 | MÜSAHİBƏ
Koronavirus dezinfeksiyaedici maddələrə dözümlü deyil - ATU-nun kafedra müdiri - MÜSAHİBƏ

Modern.az saytı dünyanı cənginə almış və xəbər manşetlərini bürüyən koronavirus pandemiyası haqqında Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramovun fikirlərini öyrənib.

 

- Rafiq müəllim, COVİD-19 infeksiyasının əsas yoluxma yolu hansıdır?

- COVİD-19 infeksiyasının əsas yoluxma yolu hava damcı yoludur. Ona görə də bu infeksiyanın yayılmasının qarşısını almaq üçün şəxsi gigiyena qaydalarına riayət etmək, insanlarla təmasdan uzaq olmaq (1,5-2m sosial məsafənin saxlanılması) və qapalı məkanlarda, insanların çox olduğu yerlərdə qoruyucu maskalardan istifadə etmək vacibdir.

- Bu viruslar dözümlüdür?

- COVİD-19 infeksiyası dezinfeksiyaedici maddələrə və ətraf mühit faktorlarına qarşı o qədər də dözümlü deyil. Belə ki, COVİD-19 virusları    33 dərəcədə 16 saat, 56 dərəcədə 10 dəqiqə, bağlamalarda 48 saat, suda 9 saat həyat fəaliyyəti qabiliyyətini saxlayır. Bu viruslar 70%-li spirtin təsirindən 2 dəqiqəyə, 85-90%-li spirtin təsirindən isə 30 saniyəyə məhv olur. Bu infeksiyanın əsas təhlükəliliyi sürətlə yayılmasıdır.

 - Bu virusa yoluxmanın əsas diaqnostik üsulları hansıdır?

- COVİD-19 –a yoluxmanın diaqnostikasında ağız-udlaq və burun-udlaqdan götürülən materialın PZR müayinəsi (xəstəliyin ilk həftəsində daha informativdir və yoluxmanın 7-8-ci günü informativliyi max. olaraq 80% təşkil edir) və döş qəfəsi orqanlarının kompüter tomoqrafiyası (98%  informativdir  və təxminən xəstəliyin başlamasından 1 həftə sonra daha xarakterikdir) daha əhəmiyyətlidir. Bəzi hallarda ( müayinə materialı düzgün götürülmədikdə, infeksiya  aşağı tənəffüs yollarına və ağciyərlərə yayıldıqda ağız-udlaq və burun-udlaqdan götürülən materialın PZR müayinəsi neqativ ola bilər. Belə halda virusun təyini bronx alveolyar  yuyuntu  və bəlğəmin müayinəsi vasitəsilə ola bilər. Yaxud, diaqnostika üçün döş qəfəsi orqanlarının kompüter tomoqrafiyası edilə bilər.

- İnsanlar hansı əlamətlər olduqda bu infeksiyaya yoluxmadan şübhələnib həkimə müraciət etməlidirlər?

-COVİD-19 –un inkubasiya müddəti, yəni infeksiyaya yoluxduqdan əlamətlərinin yaranmasınadək olan müddət 2-14 gün (əsasən 5-7 gün, bəzən isə 21 gün) təşkil edir. COVİD-19-a yoluxmuş şəxslərin 80-81%-i  (yeni məlumatlara görə 85-87%) xəstəliyi simptomsuz keçirir. Yoluxanların 15-16%-i xəstəliyi ümumi, yüngül intoksikasiya və zökəm əlamətləri ilə (temperaturun 37-38 C olması, iybilmə və dadbilmə hissinin itməsi, başağrısı, iştahasızlıq, diareya, boğaz ağrısı və qıcıqlanması, öskürək, burun axması və tıxanıqlığı, kürək nahiyyəsində  ağrı və s.) keçirir. Yoluxanların təxminən 4%-də xəstəlik ağır və xüsusilə, tənəffüs çatışmazlığı  ilə keçir ki, bunlar da daha çox yaşlı (65-dən çox), yanaşı xəstəliyi (şəkərli diabet, ürək qan-damar sistemi, ağciyər, böyrək və s. patologiyaları) olan xəstələrdir. Qeyd edim ki, bu infeksiyanın insanların sağlamlığına ən böyük mənfi təsirlərindən  biri də  psixonevrolojidir.

COVİD-19 olan xəstələrin bəzilərində klinik əlamətlərin təzahürü ilə ağciyər toxumasının zədələnmə dərəcəsi müxtəlif ola bilir. Bəzən, xüsusilə gənc insanlarda ya klinik əlamətlər heç olmur, ya da yüngül klinik əlamətlərlə (məs. yalnız bir gün temperatur 37,2-37,50C-dək yüksəlib) müşahidə olunduğu halda, döş qəfəsi orqanlarının kompüter tomoqrafiyasında ağciyərlərdə yayılmış- “buzlu şüşə” görüntüsü olur. Belə xəstələr epidemioloji baxımdan daha təhlükəli olub, coxsaylı insanların yoluxmasına səbəb ola bilər.

- Son vaxtlar kompüter tomoqrafiyada “buzlu şüşə” olan kimi virusa yoluxma olduğunu qeyd edirlər. Bu doğrudurmu?

 - Qeyd edim ki, döş qəfəsi orqanlarının kompüter tomoqrafiyasının nəticələrində qeyd edilən ağciyərlərdə ’’buzlu şüşə’’ termini yeni deyil və yalnız virus pnevmoniyalarında deyil, digər mənşəli (vərəm, qeyri-spesifik bakterial) pnevmoniyalarda da müşahidə edilən və ağciyərlərin bronx-damar şəklinin saxlanılması ilə iltihabi proses nəticəsində ağciyər toxumasının sıxlaşmasının  kompüter tomoqrafik götüntüsüdür. Hazırda epidemioloji vəziyyəti nəzərə alaraq, döş qəfəsi orqanlarının kompüter tomoqrafiyasında xüsusilə hər iki ağciyərin, daha çox aşağı paylarını əhatə edən xarakterik “buzlu şüşə” görüntüsünün  və digər əlamətlərin olması (iybilmə və dadbilmə hissinin itməsi, temperaturun yüksəlməsi, öskürək, diareya və s.) COVİD-19 un diaqnostikasında əhəmiyyətlidir.

- Bu infeksiyanın müalicəsi mümkündürmü?

- Hazırda dünyada COVİD-19 infeksiyasına qarşı effektivliyi təsdiq edilmiş spesifik müalicə (dərman preparatları) və spesifik profilaktika üsulu (vaksin) yoxdur. Aparılan müalicə mövcud antiviral preparatlarla COVİD-19-a dəqiq məlum olmayan, mümkün təsir, aktibakterial  preparatlarla immunosupressiv vəziyyətdə olan orqanizmdə bakterial  infeksiyasının inkişafının qarşısının alınması, patogenetik (immunostimulyator, antikoaqulyantlar, ferment  preparatları və s) və simptomatik (öskürək əleyhinə, bəlğəmgətirici, bronxgenəldici) preparatlarla bu virusun ağırlaşmalar törətmədən orqanizmdən eliminasiyasına nail olmaq üçündür.

- COVİD-19-la mübarizədə nəyə xüsusi fikir verilməlidir?

-Bu infeksiyasının yayılmasının qarşısını almaq üçün atılan addımlar infeksiya mənbəyinə və yoluxma yoluna qarşı olmalıdır. İnfeksiya mənbəyinə qarşı görülən tədbir COVİD-19 infeksiyasına yoluxmuş və ya xəstələnmiş şəxslərin izolyasiyası, müalicəsi və onunla təmasda olanların kontrol müayinə və izolyasiyasının aparılmasıdır. İnfeksiyanın  yoluxma  yoluna qarşı aparılan tədbirlər içərisində şəxsi gigiyena qaydalarına riayət etmək, əhalinin sıx olduğu yerlərdən mümkün qədər uzaq olmaq, sosial məsafənin (1,5-2m) qorunması və qapalı məkanlarda qoruyucu maskaların istifadə edilməsi çox vacibdir. Amma COVİD-19, o cümlədən digər tənəffüs infeksiyaları ilə yoluxmaqdan qorunmaq sözlə ifadə edildiyi kimi sadə deyil, ciddi yanaşma tələb edir. Digər tərəfdən infeksiya ilə yoluxmuş şəxslərin hamısı xəstələnmir, xəstələnənlərdə isə xəstəliyin gedişi müxtəlif olur. Bu yoluxmuş orqanizmin fərdi xüsusiyyətlərindən də (immun sistemin vəziyyəti, yanaşı xəstəliklər, irsi faktorlar  və s.) asılıdır. Ona görə də hazırki pandemiya dövründə COVİD-19 infeksiyası ilə mübarizədə orqanizmin immun qabiliyyətinin normal saxlanılması da (normal qidalanma, normal gün rejimi-istirahət, normal yuxu, soyuqlamadan, stresdən qorunmaq və s.) vacibdir. Son vaxtlar COVİD-19 infeksiyası ilə bağlı insanlar özünümüalicə və özünüprofilaktika ilə (venadaxili infuziyalar, virus əleyhinə preparatların qəbulu) məşğul olurlar. Qətiyyən düzgün deyil. Əgər xəstəlik varsa. müəyyən edilib mütəxəssis tərəfindən müalicə olunmalıdır. Özünüprofilaktika məqsədi ilə antiviral preparatların qəbulu doğru deyil, çünki bu yoluxmanın qarşısını almır və digər tərəfdən də həmin preparatın qeyd edilən virusa qarşı effektivliyi də bəlli deyil. Amma bu preparatlar çox toksikidir və ehtiyac olmadıqda, həkim təyinatı olmadan qəbulu ciddi fəsadlarla nəticələnə bilər. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ATƏT sədri cəbhədə artan gərginliklə bağlı bəyanat verdi 15 İyul 2020, 00:56 Ermənistan Azərbaycan Ordusunun dinc sakinləri hədəfə almadığını ETİRAF ETDİ 15 İyul 2020, 00:45 "WhatsApp"da problem yarandı 15 İyul 2020, 00:43 Azərbaycan ordusunun məhv etdiyi erməni hərbçilər - FOTO 15 İyul 2020, 00:33 Şəhid General-mayorumuzla vida mərasimi keçirildi 15 İyul 2020, 00:30 Paşinyan ordu rəhbərliyini topladı 15 İyul 2020, 00:22 Düşmənin döyüş texnikası belə məhv edildi – VİDEO 15 İyul 2020, 00:06 Bakıda jurnalistin evindən oğurluq 14 İyul 2020, 23:51 DİN vətəndaşları toplaşmalardan çəkinməyə çağırdı 14 İyul 2020, 23:39 Orduya dəstək üçün gənclər Şəhidlər xiyabanına toplaşır - CANLI YAYIM 14 İyul 2020, 23:20 Düşmənin daha bir hərbi obyekti məhv edildi - VİDEO 14 İyul 2020, 23:06 Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 402-yə çatdı 14 İyul 2020, 22:52 Alman mediası cəbhədəki vəziyyətdən yazdı 14 İyul 2020, 22:36 İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 14 İyul 2020, 22:23 Əsgərin könlündə taxt quran GENERAL - Polad Həşimovla bağlı XATİRƏLƏR 14 İyul 2020, 22:20 Azərbaycanlı hakerlər daha 30-ya yaxın erməni saytını dağıdıblar 14 İyul 2020, 22:11 “Mən atəşkəs yox, qisas istəyirəm...” - Şəhid polkovnikin xanımı şəhid generaldan yazdı 14 İyul 2020, 21:59 Şəhid mayor Namiq Əhmədov dəfn olunub 14 İyul 2020, 21:46 Türk Şurası Ermənistanın təxribatını sərt şəkildə pislədi - BƏYANAT 14 İyul 2020, 21:38 Ermənilərin Tovuzu atəşə tutduğu uzunmüddətli atəş nöqtəsi məhv edildi - VİDEO 14 İyul 2020, 21:22 Ərdoğandan Azərbaycana DƏSTƏK 14 İyul 2020, 21:14 Bakıda şəhid polkovnikin cənazəsinin qarşılayan yürüş... 14 İyul 2020, 20:58 NATO cəbhədəki durumla bağlı Minsk qrupuna çağırış etdi 14 İyul 2020, 20:47 Heç nəyə və heç kimə baxmadan Qarabağı azad etməliyik! 14 İyul 2020, 20:40 Azərbaycanda daha 543 yoluxma, 6 ölüm 14 İyul 2020, 20:31 Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi 14 İyul 2020, 20:22 Cəbhədə vəziyyət yenidən gərginləşdi – Düşmən Tovuzu atəşə tutdu 14 İyul 2020, 20:13 Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır 14 İyul 2020, 20:04 Azərbaycan diasporu  Ermənistanın məkrli niyyətini pisləyir   14 İyul 2020, 19:54 “Azəriqaz”dan borclu olmadığını iddia edən abonentə CAVAB 14 İyul 2020, 19:45 Ermənistan artilleriyasının idarəetmə məntəqəsi məhv edildi - VİDEO 14 İyul 2020, 19:36 Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi 14 İyul 2020, 19:27 Azərbaycandan Avropa Parlamentinə MÜRACİƏT 14 İyul 2020, 19:18 DTX-dan ordu ilə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ 14 İyul 2020, 19:09 Məmmədyarovun iranlı həmkarı ilə telefonla DANIŞDI  14 İyul 2020, 19:00