Modern.az

Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxdu: 8 nəfər öldü

Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxdu: 8 nəfər öldü

29 İyun 2020, 20:53

Azərbaycanda 544 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumatda bildirilib.

 

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 8  nəfər vəfat edib.

 

İndiyədək ölkədə, ümumilikdə, 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir