Arxiv
30 İyun 2020, 13:00 | İQTİSADİYYAT
Meyvələrin əl yandıran QİYMƏTLƏRİ - Təlabat artıb, amma hamı ala bilmir

Bütün dünya COVID-19-la çalxalanarkən, bir tərəfdən vaksin axtarışları davam edir, digər yandan da insanlara rasionlarını immunitetiti yüksək tutan qidalarla zənginləşdirmələri tövsiyə edilir.

 

Bu tövsiyələr koronavirus pandemiyası dövründə vitaminli meyvələrə təlabatı artırıb.

 

Ölkəmizdə isə tərkibində ən çox vitamin olan mövsümi meyvələrin qiyməti əl yandırır: 

 

gilas 3-10 manat; ərik 3 – 7 manat; gilənar 3-6 manat; çiyələk 2-5 manat; moruq 3-7 manat; alça 4-10 manat; şaftalı 3-8 manat.

 

Halbuki, deyilənə görə rayonlarda qiymətlər azı iki dəfə aşağıdır. Bəs rayonlarda ucuz satılan meyvələr Bakıya niyə baha gəlib çıxır?..

 

Sosial vəziyyətin gərginləşdiyi bir dövrdə meyvələrə tamarzı qalan vətəndaş nəfsini öldürmək üçün hər meyvədən bir ovuc almaqla kifayətlənir. Bununla isə necə deyərlər, “Fatıya tuman olmaz”.

 

Bəzi ekspertlər deyirlər ki, bahalığın səbəblərindən biri topdansatış şirkətləridir. Belə ki, məhsullar topdansatış şirkətlərinə verilir, buradan pərakəndə satışa çıxır. Pərakəndə satışda da bazarlar, dükanlar öz artımlarını əlavə edərək satırlar. Beləliklə, qiymət bahalığı yaranır.

 

Yəni topdansatış şirkətləri inhisarçılıq yaradaraq, qiymətlərin enməsini əngəlləyirlər...

 

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə Modern.az-a qiymətlərin çox da baha olmadığını deyərək, fərqli qiymət cədvəli təqdim edib.

 

O deyib ki, bu il meyvə istehsalı ötən illə müqayisədə artıb:

 

“Həm də havanın mövsüm ərzində əlverişli keçməsi keyfiyyətli məshul əldə edilməsinə şərait yaradıb. Ötən il dolu nəticəsində yetişmiş gilasın çoxu keyfiyyətini itirmişdi. Amma bu mövsümdə həm məhsul boldur, həm də keyfiyyət göstəriciləri qənaətbəxşdir. Konkret olaraq builki qiymət göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə kifayət qədər aşağıdır. Cədvəldən də bunu aydın görmək mümkündür”.

 

Direktor bildirib ki, karantin rejimilə əlaqədar kənd təsərrüfatı məhsullarının toplanması və daşınması prosesi də icazə verilmiş fəaliyyətlər siyahısındadır:

 

“Bununla əlaqədar olaraq, istehsal edilmiş məhsullar toplanır, tədarük olunur və istehlak bazarlarına maneəsiz şəkildə çatdırılır”.

 

F.Fikrətzadə həftə ərzində “8 km bazarı”nda aparılmış gündəlik, həftəlik və illik monitorinqlərin nəticələrini də açıqlayıb.

 

Açıqlamaya əsasən, 19 iyundan 26 iyunadək bahalaşan məhsullar pomidor, lobya, sarımsaq və ağ gilasdır. Belə ki, pomidorun qiyməti (Bakı) 20 faiz bahalaşaraq, 1 manatdan 1.20 qəpiyə, lobyanın qiyməti (yerli) 5.3 faiz bahalaşaraq, 1. 90 qəpikdən 2 manata, sarımsağın qiyməti (yerli) 63.6 faiz bahalaşaraq,  2.75 qəpikdən 4.50 qəpiyə, ağ gilasın qiyməti 12,5 faiz bahalaşaraq, 2 manatdan 2.25 manata qalxıb.

 

F.Fikrətzadə deyir ki, bəzi məhsullarda kəskin bahalaşma 24-26 iyun tarixlərində qeydə alınıb. Belə ki, 0.50 qəpiyə təklif edilən Zirə pomidoru 1.40 qəpiyə, Göyçay pomidoru 0.50 qəpikdən 1.30 qəpiyə, yelpənək xiyar 0,40 qəpikdən 0.55 qəpiyə, yerli yaşıl bibər 0.50 qəpikdən 0.70 qəpiyə, yerli badımcan 0.40 qəpikdən 0.80 qəpiyədək bahalaşıb.

 

Aqrar Tədqiqatlar Mərkəzinin müəyyənləşdirdiyi digər məhsulların qiymət dəyişmələrilə aşağıdakı cədvəllər vasitəsilə tanış ola bilərsiniz:

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Atamın şilləsi, sevgisi və 20 yanvar 20 Yanvar 2021, 11:16 Qar ən çox bu rayonlarda yağıb - Faktiki hava 20 Yanvar 2021, 11:10 İlham Əliyev uyğun bilsə Bağçalının öz hesabına Şuşada məktəb tikiləcək - Səfir  20 Yanvar 2021, 11:05 “Döyüşmək Vətən borcudur, buna görə özünü kimdənsə üstün tutmaq olmaz” - Qalib zabitlə SÖHBƏT 20 Yanvar 2021, 11:01 Türkiyənin Azərbaycandakı səfiri nə zaman gedir?  -  ÖZÜ AÇIQLADI 20 Yanvar 2021, 10:57 Tramp prezidentliyinin son günü 73 nəfəri əfv etdi 20 Yanvar 2021, 10:51 Məktəblərdə daxili qiymətləndirmələr necə müəyyənləşəcək? 20 Yanvar 2021, 10:47 Qarabağda daha bir erməni hərbçinin cəsədi TAPILDI 20 Yanvar 2021, 10:42 Saat 12:00-də bir dəqiqəlik sükut olacaq 20 Yanvar 2021, 10:40 Los Ancelesdə Qara Yanvar faciəsi barədə film  - VİDEO 20 Yanvar 2021, 10:35 Nazir müavini: “Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm” 20 Yanvar 2021, 10:30 Şuşada tarixi abidələrin monitorinqi aparılır 20 Yanvar 2021, 10:24 Rusiyanın bu şəhərində 50 dərəcə şaxta qeydə alındı 20 Yanvar 2021, 10:18 “Şəhidlərimizin ruhu şaddır” - Prezidentin köməkçisi 20 Yanvar 2021, 10:12 20 yanvar... 300 il keçsə də... 20 Yanvar 2021, 10:06 Putinin sarayı” - Navalnının yeni ARAŞDIRMASI - VİDEO 20 Yanvar 2021, 10:00 Şərin Xeyirə qalib gəldiyi an - 20 Yanvar 20 Yanvar 2021, 09:54 Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı 20 Yanvar 2021, 09:48 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi 20 Yanvar 2021, 09:42 Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi 20 Yanvar 2021, 09:36 Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU 20 Yanvar 2021, 09:30 Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO 20 Yanvar 2021, 09:24 Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq 20 Yanvar 2021, 09:18 Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək 20 Yanvar 2021, 09:12 Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2021, 09:06 Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər 20 Yanvar 2021, 09:00 Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır” 20 Yanvar 2021, 08:49 Pəhrizsiz arıqlamaq istəyənlər bu qaydalara əməl etsin - SİYAHI 20 Yanvar 2021, 08:40 Qəbul imtahanlarında Vətən müharibəsindən suallar salınacaq - VİDEO 20 Yanvar 2021, 08:29 Tramp yeni siyasi partiya yaradır 20 Yanvar 2021, 08:23 Azərbaycanda zəlzələ oldu 20 Yanvar 2021, 08:14 “Gördün...? Elmira Qafarova kişi qızıdır” 20 Yanvar 2021, 02:13 “Cəlladlarla bir partiyada olmaq istəmirəm” - İsmaylı Şıxlının 20 Yanvar qətliamından sonrakı ÇIXIŞI 20 Yanvar 2021, 02:04 20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX 20 Yanvar 2021, 01:48 Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO 20 Yanvar 2021, 01:29