Modern.az

Bu ölkədə iki həftəlik karantin tətbiq edilir

Bu ölkədə iki həftəlik karantin tətbiq edilir

Aktual

1 İyul 2020, 22:41

Qazaxıstan Nazirlər Kabineti koronavirusla bağlı ölkədə karantin elan edir.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev “Twitter”dəki hesabında bildirib.

Bildirilib ki, ölkədə karantin müddəti uzadıla bilər. Sabah İdarələrarası Komissiyanın iclasından sonra səhiyyə nazirinin izahatı dinləniləcək. İyulun 5-dən etibarən 14 günlük karantin tətbiq etmək planlaşdırılır.

Qeyd edək ki, Qazaxıstanda koronavirusla bağlı 16 mart-11 may ərzində fövqəladə vəziyyət tətbiq edilmişdi. Hazırda ayrı-ayrı bölgələrdə karantin məhdudiyyətləri qüvvədə olsa da, son günlər vəziyyətin kəskinləşməsi üzündən məhdudiyyətlər artırılıb.

İndiyədək 41 065 nəfərin koronavirusa yoluxduğu Qazaxıstanda 188 nəfər ölüb, 13 614 nəfər isə sağalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır