Arxiv
3 İyul 2020, 13:31 | AKTUAL
Gömrük Akademiyasının məzunu: “İndi ən düzgün seçimi etmiş olduğumu bilirəm”  

 

Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsi üzrə “Hüquqşünaslıq” və “İqtisadiyyat” ixtisaslarının 4-cü kurs tələbələrinin yekun dövlət attestasiyası - buraxılış işlərinin onlayn müdafiəsi başa çatıb. Bu tədris ilində Gömrük Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə 21, “İqtisadiyyat” ixtisası üzrə 19 tələbəsi təhsilini başa vurur. Tələbə-məzunlar Akademiya haqqında xoş ürək sözlərini sosial şəbəkələrdə paylaşıblar. Dövlət Gömrük Komitəsinin Akademiyasını “Hüquqşünaslıq” ixtisası üzrə bitirən Həsən Həsənzadə:

"Dörd il geriyə baxıram və nələrin dəyişdiyini fikirləşirəm. Hər şeydən əvvəl özümün – düşüncələrimin, həyata baxışımın, cəmiyyətə münasibətimin dəyişdiyinin fərqinə varıram. Bəlkə də 4 ildəki ən böyük uğurum elə budur. Bu illərdə saysız-hesabsız dostluqlar, yoldaşlıqlar qazandım, neçə yadlarla doğmalaşdım, insanları daha yaxşı tanımağa başladım. Hələ dörd il əvvəl ixtisas və təhsil müəssisəsi seçimi edəndə çox tərəddüdlü idim. Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunduğum haqda bildirişi alanda sevinc və məyusluq daxilimdə mübarizə aparırdı. Çünki prioritet seçimim başqa təhsil müəssisəsi idi. Amma indi ən düzgün seçimi etmiş olduğumu bilirəm. Burada yalnız təhsil deyil, eyni zamanda, həyat fəlsəfəmi, həyatdakı missiyamı kəşf etdim. Tələbələrin say etibarı ilə az olması hər bir tələbəyə xüsusi yanaşma imkanını təmin edir, onların təhsili, şəxsi inkişafları daha yaxından izlənilir. Bu isə, tələbələrin özlərini daha özəl, daim diqqətdə olduqlarını hiss etmələrinə imkan verir. Ən əsası, tələbələrin yüksək keyfiyyətli təhsil almaları, akademik və sosial inkişafı naminə vacib addımlar atılır.

Təbii ki, bütün bunlar xüsusi təşəbbüs və zəhmət olmadan mümkün ola bilməzdi. Bu baxımdan Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev başda olmaqla, Komitə rəhbərliyinin Akademiya tələbələrinin inkişafına göstərilən xüsusi diqqət və marağını, eyni zamanda, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi hörmətli Qulu Novruzov başda olmaqla, Akademiya rəhbərliyinin və əməkdaşlarının biz tələbələrin inkişafına olan xüsusi yanaşmasını, diqqətini və böyük dəstəyini özəlliklə qeyd etmək lazımdır.

Həyatda qazandığım bütün uğurlarımda valideynlərim və müəllimlərimin əvəzsiz rolu olmuşdur və onlara olan borcumu heç bir zaman qaytara bilməyəcəyimi zamanla daha yaxşı dərk edirəm. Buna görə mənim üçün həyatda ən böyük dəyərlərdən olan, müqəddəs varlıqlara, böyük şəxsiyyətlərə - müəllimlərimə sonsuz təşəkkürümü bildirirəm."

 

“Hüquqşünaslıq” ixtisası üzrə məzun Zeynəb Babayeva:

"Bütün peşələr gözəldir. Bağbanlıqdan tutmuş ta mühəndis və yaxud digər peşələr. Amma müəllim olmaq çox fərqlidir! Bəlkə də ən yaxşı bağban elə müəllimdir! Bağçasındakı güllərinə sevgi ilə baxan, onların gözəl yetişməsi üçün əlindən gələni edəndir. Hərdən o güllərə sadəcə lazım olan saatlarda  deyil, bütün gününü ayıraraq,  uzun müddətli ətir saçmalarına çalışan  dəyərli şəxsdir.

Mənim bu məsləyin adını daşıyan və layiqincə bacaran böyüklərimə dərin minnətdarlıq hissimin olduğunu söyləməliyəm. Siz olmasaydınız, biz də olmazdıq! Təhsil yolumun ilkin başlanğıcından bu günə kimi həyat yolunun çevrəsini siz müəllimlərin sayəsində öyrənmişik. Bəlkə də bu məsləyi mənə ilk sevdirən 41 ilini məktəbə  həsr edən şəxs babam olub. Çox heyif ki, bu günlərimdə yanımda ola bilmədin. Həmişəki kimi, alnımızdan öpüb  xeyir-duanı verə bilmədin. Məkanın nurla dolsun, babam!

Əziz müəllimlər, siz həmişə dəyərlisiniz! Bu gün məzun adını qazandıq, amma sizin sayənizdə. Sizin səyləriniz və əziyyətiniz qarşılığında biz bu adı qazandıq. Məzun adımız mübarək!"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İntizam komissiyası Eldəniz Səlimova görə toplaşdı 2 Avqust 2021, 11:56 Erməni biznesmen satdığı vaksinin qiymətini QALDIRDI 2 Avqust 2021, 11:49 Əks göstəriş sertifikatı kimlərə və necə veriləcək? 2 Avqust 2021, 11:48 Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi bu tarixdə keçiriləcək 2 Avqust 2021, 11:44 Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil - AZAL 2 Avqust 2021, 11:40 Razi Nurullayev: “Məncə, referendum olmalıdır” 2 Avqust 2021, 11:34 Hərbi liseylərə qəbul imtahanının vaxtı açıqlandı 2 Avqust 2021, 11:28 “Təxribatların qarşısını dərhal alın” - Zakir Həsənovdan əmr 2 Avqust 2021, 11:24 Ermənistan müxalifəti parlamentin ilk iclasında şou yaratdı – FOTO 2 Avqust 2021, 11:23 Müdafiə naziri generalları topladı 2 Avqust 2021, 11:22 Rektor müşavirini və komendantı bıçaqlayan şəxs HƏBS EDİLDİ 2 Avqust 2021, 11:16 Əsirlərimizə işgəncə vermiş ermənilərin məhkəməsi başladı 2 Avqust 2021, 11:11 “Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR 2 Avqust 2021, 11:06 Kamal Abdullanın yeni romanı çap olundu 2 Avqust 2021, 11:00 Bakıda narkotik alverçilərinə qarşı əməliyyat 2 Avqust 2021, 10:55 Mirvari Fətəliyeva: “İtirilmiş uşaqlığımı kimsə qaytara bilməz” - MÜSAHİBƏ 2 Avqust 2021, 10:51 General yanğına görə Türkiyəyə getdi 2 Avqust 2021, 10:50 İmişlidə narkotik əkən şəxs silahdan atəş açdı 2 Avqust 2021, 10:46 Prokurorluq uşaq və yeniyetmələrə müraciət etdi 2 Avqust 2021, 10:42 Tarix müəllimi olmaq istəyənlər üçün SON ŞANS 2 Avqust 2021, 10:36 Narkotik satan daha bir dəstə saxlanıldı 2 Avqust 2021, 10:30 Toylarla bağlı sorğunun nəticələri AÇIQLANDI 2 Avqust 2021, 10:24 Əziz Ələkbərli: "Milli Məclis günün tələblərinə tam cavab verir" 2 Avqust 2021, 10:22 Ana südünün FAYDALARI 2 Avqust 2021, 10:18 Gələn həftədən vaksin vurdura bilməyənlərə sertifikat veriləcək 2 Avqust 2021, 10:12 Naxçıvan yenə atəşə tutuldu   2 Avqust 2021, 10:06 Bakıda 8 yeni müntəzəm marşrut xətti yaradılıb 2 Avqust 2021, 10:00 50 toy mərasimində karantin qaydaları pozuldu 2 Avqust 2021, 09:56 Jirinovski: Keçmişi bərbaddır, gələcəyi isə yoxdur... 2 Avqust 2021, 09:52 “Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır” 2 Avqust 2021, 09:46 BANM məzunu 13 tanınmış xarici ali məktəbə qəbul olub 2 Avqust 2021, 09:40 Neftin qiyməti ucuzlaşdı 2 Avqust 2021, 09:35 Koreyada 200-ə yaxın azərbaycanlı yaşayır  2 Avqust 2021, 09:34 İki gündə 5263 nəfər toya BURAXILMADI 2 Avqust 2021, 09:28 Ağdaşda faciə: Fəhlə dəzgaha düşərək öldü 2 Avqust 2021, 09:22