Arxiv
3 İyul 2020, 15:00 | AKTUAL
Balaxanı yeni turizm məkanına çevrilir - FOTO

Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və tuzim məkanına çevrilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və "Bakı Abadlıq Xidməti" MMC birgə əməkdaşlıq edəcək.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Modern.az-a verilən məlumata görə, iyulun 3-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin direktoru Fuad Nağıyev və "Bakı Abadlıq Xidməti" MMC-nın direktoru Binnət Əli Qasımov Balaxanıda aparılan abadlıq işləri, qəsəbənin turizm imkanları ilə tanış olub, əməkdaşlıq çərçivəsində görüləcək tədbirlərlə bağlı müzakirələr aparıblar.

 

Bu əməkdaşlıq çərçivəsində hər üç qurum Balaxanının yeni turizm məkanına çevrilməsi, turizm yönümlü sahibkarlığın təşviqi və yeni turizm obyektlərinin yaradılması, qəsəbənin daha da abadlaşdırılması istiqamətində səlahiyyətləri çərçivəsində səylərini birləşdirəcəklər. Belə ki, Dövlət Turizm Agentliyi Balaxanının yeni turizm məkanı kimi tanıdılmasına, turizm marşrutuna salınmasına dəstək olacaq. KOBİA Balaxanıda turizm sahəsində yeni sahibkarlıq subyektlərinin, xüsusilə sənətkarlıq, xidmət və ticarət istiqamətlərində biznesin qurulmasını təşviq edəcək, bu sahədə biznes təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərəcək. “Bakı Abadlıq Xidməti” MMC isə Balaxanı qəsəbəsində həyata keçirilən abadlıq tədbirlərini daha da genişləndirəcək.

 

Eyni zamanda birgə əməkdaşlıq Balaxanı sakinləri arasında turizm yönümlü sahibkarlığın təşviqinə, məşğulluğa, eləcə də qəsəbənin tarixi abidələrinin tanıdılmasına və daha da abadlaşmasına öz töhfəsini verəcəkdir.

 

Qeyd edək ki, Balaxanı tarixi-mədəni abidələrlə zəngindir. Burada turizm yönümlü sahibkarlığın, xüsusilə sənətkarlıq üzrə xalçaçılıq, duluçuluq, milli geyimlərin hazırlanması, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması, ticarət üzrə suvenir, keramik qablar, xalça, musiqi alətləri, şirniyyat satışı və s. sahələri təşviq etmək üçün imkanlar mövcuddur. Belə ki, Balaxanıda bu istiqamətlər üzrə 100-ə yaxın kiçik obyektin fəaliyyəti təşkil oluna bilər.

 

Balaxanının yeni turizm məkanına çevrilməsi istiqamətində fəaliyyətin səmərəli və sistemli təşkili üçün konseptual sənədin hazırlanması da təklif olunur.

 

Balaxanı yeni turizm məkanına çevrilir (FOTO) - Gallery Image Balaxanı yeni turizm məkanına çevrilir (FOTO) - Gallery Image Balaxanı yeni turizm məkanına çevrilir (FOTO) - Gallery Image Balaxanı yeni turizm məkanına çevrilir (FOTO) - Gallery Image Balaxanı yeni turizm məkanına çevrilir (FOTO) - Gallery Image Balaxanı yeni turizm məkanına çevrilir (FOTO) - Gallery Image Balaxanı yeni turizm məkanına çevrilir (FOTO) - Gallery Image Balaxanı yeni turizm məkanına çevrilir (FOTO) - Gallery Image Balaxanı yeni turizm məkanına çevrilir (FOTO) - Gallery Image Balaxanı yeni turizm məkanına çevrilir (FOTO) - Gallery Image Balaxanı yeni turizm məkanına çevrilir (FOTO) - Gallery Image Balaxanı yeni turizm məkanına çevrilir (FOTO) - Gallery Image Balaxanı yeni turizm məkanına çevrilir (FOTO) - Gallery Image Balaxanı yeni turizm məkanına çevrilir (FOTO) - Gallery Image Balaxanı yeni turizm məkanına çevrilir (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aparıcıdan Paşinyana SƏRT SUALLAR: “Azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyəcəksinizmi?” 14 Avqust 2020, 13:26 Azərbaycanda 2 koronavirus xəstəsi həbs olundu 14 Avqust 2020, 13:14 Sabahın hava proqnozu 14 Avqust 2020, 13:08 ““Səhər” yeganə proqram idi ki, burada rüşvət deyənin nəinki əlini, dilini də kəsirdilər”  - MÜSAHİBƏ 14 Avqust 2020, 13:02 Namizədlər ən çox Bakı və Sumqayıtda imtahan verirlər - Nazirlik 14 Avqust 2020, 12:56 “Bandotdel”dən silah ƏMƏLİYYATI 14 Avqust 2020, 12:50 İcra nümayəndəsinin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 12:44 Azərbaycanda uşaqlara bu adların qoyulması qadağan olundu - SİYAHI 14 Avqust 2020, 12:38 Oğlu həbs olunan bələdiyyə sədri istefa verdi 14 Avqust 2020, 12:32 Azərbaycanda 83 körpə ev şəraitində doğulub 14 Avqust 2020, 12:26 Qarabağın Azərbaycanlı icması: "Ermənistanın bu azğın əməlləri..." 14 Avqust 2020, 12:20 Problemli əmanətlərin qaytarılmasına BAŞLANILDI 14 Avqust 2020, 12:14 Qazaxıstanın 16 vətəndaşı öz ölkələrinə yola salındı 14 Avqust 2020, 12:08 Şabranda 9 velosipedçi cərimələndi 14 Avqust 2020, 12:02 Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olundu 14 Avqust 2020, 11:56 Ermənistana hərbi dəhliz açan ölkələr - Ekspert: “Bu 3 ölkə ilə izahat işi aparılmalıdır” 14 Avqust 2020, 11:50 Hacıqabulda reydlər davam edir - FOTO 14 Avqust 2020, 11:48 BANM-in məzunları DAAD təqaüdünü qazanıb 14 Avqust 2020, 11:42 Müəllim olmaq istəyənlərin nəzərinə 14 Avqust 2020, 11:36 Keçmiş vəkili Trampı ifşa edəcəyini söylədi 14 Avqust 2020, 11:33 Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatdı 14 Avqust 2020, 11:28 Abituriyentlərin nəzərinə! 14 Avqust 2020, 11:22 Prokurorluq Binəqədidəki müəmmalı ölümlə bağlı məlumat YAYADI 14 Avqust 2020, 11:16 Bel çantasında narkotik tapıldı 14 Avqust 2020, 11:10 “Gürcüstanın idarəetməsində azərbaycanlıların rolu artacaq” – Marneuli meri 14 Avqust 2020, 11:04 Azərbaycan XİN-i Pakistanı təbrik etdi 14 Avqust 2020, 10:59 Sabiq prezidentin həbs qərarı qüvvədə qaldı 14 Avqust 2020, 10:54 Nazirlik mebelə 1,6 milyon manat XƏRCLƏYƏCƏK 14 Avqust 2020, 10:48 Avropa Azərbaycanlıları erməni lobbisini dünya ictimaiyyətini çaşdırmaqda ittiham edib 14 Avqust 2020, 10:42 Vilayət Eyvazovdan YENİ TƏYİNAT 14 Avqust 2020, 10:36 Azərbaycan nefti yenidən ucuzlaşdı 14 Avqust 2020, 10:30 Ramiz Mehdiyev Əli Abbasovu işdən azad etdi 14 Avqust 2020, 10:24 Nazirlikdən şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdarlıq 14 Avqust 2020, 10:18 Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər etdi 14 Avqust 2020, 10:12 Mingəçevirdə gizli işləyən restoran TAPILDI  14 Avqust 2020, 10:06