Modern.az

DOST mərkəzləri xüsusi karantin günlərində də fəaliyyət göstərəcək

DOST mərkəzləri xüsusi karantin günlərində də fəaliyyət göstərəcək

3 İyul 2020, 23:56

DOST mərkəzləri fəaliyyətini 20 iyula kimi xüsusi iş rejimində davam etdirəcək.

DOST Agentliyindən  Modern.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejiminin 5 iyul tarixindən 20 iyul tarixinədək uzadılması ilə əlaqədar DOST mərkəzlərində vətəndaşların qəbulu növbəti 2 həftə ərzində məhdudlaşdırılacaq.

Vətəndaşların müraciətlərinə yalnız e-poçt və Çağrı Mərkəzi 142 vasitəsi ilə baxılacaq.

Vətəndaşların yerində qəbulu dayandırılacaq. DOST mərkəzləri və Çağrı Mərkəzi 142 şənbə və bazar günü fəaliyyət göstərməyəcək.

Vətəndaşların müraciətləri aşağıda qeyd olunan e-poçt ünvanları vasitəsilə cavablandırılacaq:

 

1 saylı Bakı DOST Mərkəzi

Pensiya üzrə müraciətlər:   [email protected]

Müavinətlər üzrə müraciətlər:  [email protected]

Təqaüdlər üzrə müraciətlər:  [email protected]

Məşğulluq üzrə müraciətlər:  [email protected]

Ümumi məsələlər üzrə müraciətlər:  [email protected]

 

2 saylı Bakı DOST Mərkəzi

Pensiya üzrə müraciətlər:   [email protected]

Müavinətlər üzrə müraciətlər:  [email protected]

Təqaüdlər üzrə müraciətlər:   [email protected]

Məşğulluq üzrə müraciətlər:  [email protected]

Ümumi məsələlər üzrə müraciətlər: [email protected]

 

3 saylı Bakı DOST Mərkəzi

Pensiya üzrə müraciətlər:   [email protected]

Müavinətlər üzrə müraciətlər:  [email protected]

Təqaüdlər üzrə müraciətlər:  [email protected]

Məşğulluq üzrə müraciətlər:  [email protected]

Ümumi məsələlər üzrə müraciətlər:  [email protected]

Vətəndaşlar həmçinin e-sosial.az portalında e-Xidmətlər (//e-sosial.az/#/eServices) bölməsinə və ya e-gov.az portalının “Bütün xidmətlər” (//www.e-gov.az/az/services) bölməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adını seçməklə göstərilən e-xidmətlərdən istifadə edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi