Modern.az

Daha 3 ölkədə “Formula 1” yarışları ləğv oluna bilər

Daha 3 ölkədə “Formula 1” yarışları ləğv oluna bilər

4 İyul 2020, 11:37

"Formula 1" üzrə daha 3 Qran-pri ləğv oluna bilər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Mercedes"in icraçı direktoru Toto Volf jurnalistlərə açıqlamasında bildirib. O, Amerika qitəsindəki bəzi yarışların ləğv olunaca biləcəyini vurğulayıb.

 

Volf oktyabr - noyabr üçün planlaşdırılan ABŞ, Meksika və Braziliyadakı yarışların təhlükə altında olduğunu söyləyib: "Hazırda bu ölkələrə gedə bilmərik. "Formula 1"in icraçı direktoru Çeyz Keri heç bir qapını bağlamaq istəmir. Ancaq düşünürəm ki, həmin ölkələrə getməyəcəyik".

Qeyd edək ki, "Formula 1"də yeni mövsüm Avstriya Qran-prisi ilə bərpa olunub. Buradakı yarış  iyulun 5-də başa çatacaq.

 

"Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Avstriyadan sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir