Arxiv
4 İyul 2020, 12:13 | AKTUAL
Karantin günlərində Bakıdan Qəbələyə istirahətə gedənlər CƏZALANDIRILDI

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Qəbələdə yerləşən otellərdə, istirahət mərkəzlərində və gündəlik kirayə evlərdə qalan Bakı şəhər sakinləri müəyyən edilib. Həmin şəxslər məsuliyyətdən yaxa qurtarmaq üçün uzun müddət burada yaşadıqlarını bildirsələr də, Təhlükəsiz Şəhər Xidməti və digər texniki vasitələrin köməkliyi ilə onlara məxsus avtomobillərin rayon ərazisinə giriş-çıxış vaxtı müəyyən edilib və onların sərtləşdirilmiş karantin günlərində Bakı şəhərindən Qəbələyə gəldikləri məlum olub.

 

Bəzilərinin isə çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.

İrəlidə bu cür qayda pozuntularının olacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb. İcazələri olub ancaq iş məqsədilə rayona ezam olunan vətəndaşlara da rast gəlinib . Polis əməkdaşları tərəfindən onlar planşetlə yoxlanılıb və həqiqətən də müəyyən olunmuş müddət ərzində iş məqsədilə Qəbələyə gəldikləri aydınlaşıb. Onların isə hərəkətində hər hansısa məhdudiyyət tətbiq edilməyib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 “Polad generalımız” kitabı nəşr edildi - FOTO 3 Avqust 2020, 20:01 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04 Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB 3 Avqust 2020, 18:01 190 manatın verilməsi, iqtisadi paketlə bağlı məsələ MÜZAKİRƏ EDİLİR 3 Avqust 2020, 17:53 Bakı metrosu 31 avqustadək bağlı qalacaq - RƏSMİ 3 Avqust 2020, 17:49 Yaqut Qarayeva: “Bütün profilaktik tədbirlərə riayət etsək, payızda...” 3 Avqust 2020, 17:44 İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb - FOTO 3 Avqust 2020, 17:36 Vətəndaşların çimərliyə getməsi üçün xüsusi icazə tələb olunmur – Operativ Qərargah 3 Avqust 2020, 17:33 “ASAN xidmət” çimərliklərə getməyin qaydalarını ELAN ETDİ 3 Avqust 2020, 17:32 “ASAN xidmət” sədri: hər gün 770 min şəxs SMS icazədən istifadə edirdi 3 Avqust 2020, 17:29 Virusun yarandığı Uhandan Azərbaycana ekspert qrupu gələcək 3 Avqust 2020, 17:24 Azərbaycan koronavirusa qarşı vaksinlərlə bağlı SEÇİM EDİR 3 Avqust 2020, 17:22 Rayonlara gediş-gəliş bərpa olacaq? - Operativ Qərargahdan AÇIQLAMA 3 Avqust 2020, 17:19 Prezidentin köməkçisi: “Yumşalmaya tədricən getməliyik 3 Avqust 2020, 17:15 General Polad Həşimov haqqında kitab nəşr olunub 3 Avqust 2020, 17:11 Azərbaycan və Türkiyənin parlament sədrləri arasında telefon danışığı olub 3 Avqust 2020, 17:05 Bu rayonlar sərt karantin rejimindən çıxarıldı 3 Avqust 2020, 17:02 241 yeni yoluxma, 647 sağalma, 6 ölüm 3 Avqust 2020, 16:55 İctimai yerlərdə 5 nəfərdən artıq toplaşma qadağandırOperativ Qərargah 3 Avqust 2020, 16:41