Arxiv
4 İyul 2020, 17:48 | AKTUAL
Azərbaycanın 4 rayonunda yaranmış su qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA

Su təminatı ile bağlı Füzuli, İmişli, Ağcabədi və Goranboy rayon sakinləri tərədindən daxil olan müraciətlərin araşdırılması barədə məlumat açıqlanıb.

Meliorasiya və Su Təsərrüfatı ASC-dən Modern.az-a verilən məlumata görə,  Füzuli rayonun Alxanlı kənd sakini Kamal Quliyevin, transformator yarımstansiyasının olmaması səbəbindən kənd ərazisində mövcud olan, istismarı dayandırılmış subartezian quyusuna yeni transformatorun quraşdırılması ve enerji şəbəkəsinə qoşulması barədə müraciəti araşdırıımış və əvvəllər mövcud olmuş trasformator yarımsiansiyasının “Azərişıq” ASC—nin yerli qurumunun balanısında olduğu müəyyən edilib:

 

"“Azərişıq” ASC ilə aparılmış danışıqların nəticəsi olaraq, həmin quyu üçün transformator yarımstansiyası ayrılmış və hazırda quraşdırma işləri aparılır. Quyunun günün sonunadək işə salınması nəzərdə tutulub. Məlumat üçün bildiririk ki, həmin quyunun ətrafında olan sahələr əvvəllər Köndələnçayından su götürən sularla suvarılıb. Hazırda çayda su olmadığından quyunun bərpasına zərurət yaranmışdır. İmişli rayonunun Xoşçobanlı kəndinin bir qrup sakinlərinin su təminatı ilə bağlı müraciətləri ilə əlaqədar olaraq bildiririk ki, kəndin 820 ha torpaq sahələri başalanğıcını Cənubi Muğan kanalından götürən Qızıl arx kanalı vasitəsi ilə suvarma suyu ilə təmin edilir. Həmin kanal rayonun 24 kəndinin 10800 ha sahəsinə xidmət edir. Hazırda kanala saniyədə 5 kbm su verilir və həmin su limit əsasında proporsional olaraq kəndlər arasında bölünür. Xoşçobanlı kəndinə limitə uyğun su verilir və su təminatında çətinlik yoxdur. Ağcabədi rayonun Afşar və Qaradolaq kğndlərinin sakinləri tərəfindən daxil olan müraciətlər araşdırılıb".

 

Bildirilib ki, bu kəndlərin əkin sahələrinin su təminatı əsasən başlanğıcını Araz çayından götürən Yeni Xanqızı kanalı vasitəsilə həyata keçirilir:

"Bu kanal vasitəsi ilə rayonun 8 kəndinin 14000 ha yaxın, o cümlədən Afşar kəndinin 2100 ha və Qaradolaq kəndinin 2283 ha sahələri su ilə təmin edilir. Hazırda kanal vasitəsi ilə rayona saniyədə 2 kbm su verilir və su bölgüsü qrafiki əsasında kəndlər arasında paylanılır. Suyun miqdarı az olduğundan suvarmada gecikmələr yaranır. Su təminatına köməklik göstərilməsi məqsədi ilə Cəmiyyətin nüçayəndəsi rayona ezam edilib. Hazırda Araz çayında su sərfi müəyyən qədər artdığından Yeni Xanqızı kanalı vasitəsi ilə Ağcabədi rayonuna verilən suyun miqdarının saniyədə 3 kbm çatdırılması üçün tədbirlər görülür. Günü sonuna suyun verilməsi təmin ediləcək. Goranboy rayonun Kələk kənd sakinləri Nəbi İbrahimov, Yaqub Əliyev və Qaramusanlə kənd sakini Şəmsəddin Mirzəyevin müraciətləri barədə bildirik ki, rayonun Kələk kəndi ərazisində Cəmiyyətin yerli istismar idarəsinin balansında 13 ədəd subartezian quyusu vardır və bu quyular hazırda işlək vəziyyətdədir. Lakin quyulardan 2 ədədi uzun müddət istismarda olduğundan məhsuldarlıqları xeyli azalmış və təlabatı tam ödəmir. Rayonun Qaramusalı kəndində istismarda olan 25 ədəd quyu işlək vəziyyətdədir. Onlardan 3 ədədinin məhsuldarlığı azalıb. Sakinlər həmin quyuların ətrafında yeni quyu lüləsinin (kolunun) qazılmasını xahiş edirlər. Məlumat üçün bildiririk ki, cari ildən rayon ərazisində məhsuldarlığı azalmış quyulardan 10 ədədinin, o cümlədən Kələk kəndində 1 ədəd və Qaramusalı kəndində 1 ədədinin yanında yeni quyu lüləsinin (kolunun) qazılması nəzərdə tutulmuşdur, bu quyulardan 2-sindən qazma işləri başa çatdırılmış və ilin sonunadək digər quyularının qazılması təmin ediləcək".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə daha 60 evə qaz verildi  9 Avqust 2020, 17:58 Parisdə maska taxmaq məcburi olacaq 9 Avqust 2020, 17:28 Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi 9 Avqust 2020, 17:09 İran-İraq sərhədində güclü zəlzələ 9 Avqust 2020, 16:58 Kabildə səfirliklər yerləşən ərazidə güclü partlayış 9 Avqust 2020, 16:47 ABŞ-da prezidentliyə namizədi yarasa dişlədi 9 Avqust 2020, 16:30 Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir 9 Avqust 2020, 16:15 Sabahdan Maştağa sakinləri Bakıya "BakuBus"la gedib-gələcəklər   9 Avqust 2020, 15:51 Avropa Liqasında mövsümün ilk püşkü atıldı   9 Avqust 2020, 15:48 Belarusda prezident seçkiləri baş tutdu 9 Avqust 2020, 15:39 “TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - VİDEO 9 Avqust 2020, 15:20 DİM: Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər 9 Avqust 2020, 14:58 “Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli oldu 9 Avqust 2020, 14:43 İmişlidə yol qəzası  9 Avqust 2020, 14:24 Çimərliklərdə sıxlıq var - Video 9 Avqust 2020, 14:04 Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü 9 Avqust 2020, 13:49 Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı 9 Avqust 2020, 13:39 Deputat Ağalar Vəliyev goranboylulara müraciət edib 9 Avqust 2020, 13:30 Belarusda xaos olmayacaq - Lukaşenko 9 Avqust 2020, 13:22 Sabah Bakıda hava küləkli olacaq - rayonlarda yağış... 9 Avqust 2020, 13:05 Beyrutdakı etiraz aksiyaları yatırıldı 9 Avqust 2020, 12:51 Rusiyada COVID-19-a yoluxanların sayı açıqlandı 9 Avqust 2020, 12:42 Müdafiə Nazirliyi generalın ölümü ilə bağlı məlumat yaydı 9 Avqust 2020, 12:29 Ermənistanda koronavirusa yoluxan daha 6 nəfər öldü 9 Avqust 2020, 12:19 Azərbaycan-Türkiyə hərbi təlimlərinə xüsusi təyinatlı bölmələr cəlb edildi - VİDEO 9 Avqust 2020, 12:05 Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi 9 Avqust 2020, 11:51 Yaşadığı evdə intihar etdi 9 Avqust 2020, 11:42 İstanbulda avtobus qəzası - 5 ölü, 25 yaralı 9 Avqust 2020, 11:26 Azərbaycanda general VƏFAT ETDİ 9 Avqust 2020, 11:16 Dünyada COVİD-19-a yoluxanların sayı 20 milyon nəfərə çatır 9 Avqust 2020, 11:14 Hindistanda oteldə yanğın - 7 ölü 9 Avqust 2020, 11:03 Bakıda qardaş qardaşı niyə bıçaqladı... 9 Avqust 2020, 10:47 Sumqayıtda Xalq artistinin qardaşı döyüldü 9 Avqust 2020, 10:44 "Seçicilər aktivdir" - Belarusda seçkiləri müşahidə edən azərbaycanlı deputat 9 Avqust 2020, 10:29 Tovuzda ər arvadını bıçaqlayıb öldürdü 9 Avqust 2020, 10:28