Modern.az

Yaponiyada ABŞ-ın aviabazasında koronavirusa yoluxma qeydə alınıb

Yaponiyada ABŞ-ın aviabazasında koronavirusa yoluxma qeydə alınıb

7 İyul 2020, 18:58

Yaponiyanın cənubundakı Okinava prefekturasında ABŞ-a məxsus aviabazada bir neçə nəfər koronavirusa yoluxub.

Modern.az-ın məlumatına görə, yoluxanların dəqiq sayı barədə açıqlama verilməyib.

 

Bir neçə gün əvvəl aviabaza rəhbərliyi 1 hərbçinin koronavirusa yoluxduğunu bildirmişdi.

Qeyd olunur ki, yoluxanlar təcrid edilib. Onların sağlamlıq vəziyyəti barədə məlumat verilməyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər