Arxiv
8 İyul 2020, 16:44 | AKTUAL
Fındıqçılıq sahəsində məhsuldarlığın artırılması müzakirə edilib

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası (AFİİA) arasında fındıqçılıq sahəsində məhsuldarlığın artırılması mövzusunda onlayn görüş keçirilib.

Modern.az xəbər verir ki, onlayn görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov, Kənd Təsərrüfatı Nazirliyin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Tofiq Rzayev, Respublika Bitki Mühafizə Mərkəzinin rəisi Azad İbrahimov, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, eləcə də fındıq istehsalı ilə məşğul olan fermerlər iştirak edib. 

Kənd Təsərrüfatı Nazirliyin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, fermerlərə yaradılan əlverişli şərait barədə məlumat verib. Qərzəkli meyvə istehsalının inkişafının daim diqqətdə saxlanıldığını deyən şöbə müdiri bildirib ki, nazirlik aqrar sektorun inkişafı, fındıqçılıq sahəsində məhsuldarlığın artırılması istiqamətində assosiasiyanın fəaliyyətini dəstəkləyir. 

Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AFİİA) sədri İsmayıl Orucov qeyd edib ki, hazırda fındıq istehsalçılarının qarşısında duran əsas vəzifə fındıqçılığın inkişafını yeni mərhələyə qaldırmaq, fındıq məhsullarını yeni bazarlara çıxarmaq, yeni texnologiyalardan istifadə etməklə məhsuldarlığın artırılmasına nail olmaqdır.

Kənd Təsərrüfatı Nazirliyin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Tofiq Rzayev fındıq istehsalçılarını Kənd Təsərrüfatı Nazirliyin elmi-tədqiqat institutları ilə əməkdaşlıq etməyə və informasiya-məsləhət xidmətlərindən mütəmadi yararlanmağa çağırıb. 

Respublika Bitki Mühafizə Mərkəzinin rəisi Azad İbrahimov fındıq bağlarında kompleks aqrotexniki tədbirləri vaxtında və düzgün tətbiq etməklə daha yüksək məhsuldarlığın əldə edildiyini vurğulayıb. 

Onlayn görüşdə assosiasiya üzvləri tərəfindən səsləndirilən təkliflər qeydiyyata alınıb və fındıq istehsalçılarına müvafiq tövsiyələr verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə daha 60 evə qaz verildi  9 Avqust 2020, 17:58 Parisdə maska taxmaq məcburi olacaq 9 Avqust 2020, 17:28 Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi 9 Avqust 2020, 17:09 İran-İraq sərhədində güclü zəlzələ 9 Avqust 2020, 16:58 Kabildə səfirliklər yerləşən ərazidə güclü partlayış 9 Avqust 2020, 16:47 ABŞ-da prezidentliyə namizədi yarasa dişlədi 9 Avqust 2020, 16:30 Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir 9 Avqust 2020, 16:15 Sabahdan Maştağa sakinləri Bakıya "BakuBus"la gedib-gələcəklər   9 Avqust 2020, 15:51 Avropa Liqasında mövsümün ilk püşkü atıldı   9 Avqust 2020, 15:48 Belarusda prezident seçkiləri baş tutdu 9 Avqust 2020, 15:39 “TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - VİDEO 9 Avqust 2020, 15:20 DİM: Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər 9 Avqust 2020, 14:58 “Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli oldu 9 Avqust 2020, 14:43 İmişlidə yol qəzası  9 Avqust 2020, 14:24 Çimərliklərdə sıxlıq var - Video 9 Avqust 2020, 14:04 Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü 9 Avqust 2020, 13:49 Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı 9 Avqust 2020, 13:39 Deputat Ağalar Vəliyev goranboylulara müraciət edib 9 Avqust 2020, 13:30 Belarusda xaos olmayacaq - Lukaşenko 9 Avqust 2020, 13:22 Sabah Bakıda hava küləkli olacaq - rayonlarda yağış... 9 Avqust 2020, 13:05 Beyrutdakı etiraz aksiyaları yatırıldı 9 Avqust 2020, 12:51 Rusiyada COVID-19-a yoluxanların sayı açıqlandı 9 Avqust 2020, 12:42 Müdafiə Nazirliyi generalın ölümü ilə bağlı məlumat yaydı 9 Avqust 2020, 12:29 Ermənistanda koronavirusa yoluxan daha 6 nəfər öldü 9 Avqust 2020, 12:19 Azərbaycan-Türkiyə hərbi təlimlərinə xüsusi təyinatlı bölmələr cəlb edildi - VİDEO 9 Avqust 2020, 12:05 Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi 9 Avqust 2020, 11:51 Yaşadığı evdə intihar etdi 9 Avqust 2020, 11:42 İstanbulda avtobus qəzası - 5 ölü, 25 yaralı 9 Avqust 2020, 11:26 Azərbaycanda general VƏFAT ETDİ 9 Avqust 2020, 11:16 Dünyada COVİD-19-a yoluxanların sayı 20 milyon nəfərə çatır 9 Avqust 2020, 11:14 Hindistanda oteldə yanğın - 7 ölü 9 Avqust 2020, 11:03 Bakıda qardaş qardaşı niyə bıçaqladı... 9 Avqust 2020, 10:47 Sumqayıtda Xalq artistinin qardaşı döyüldü 9 Avqust 2020, 10:44 "Seçicilər aktivdir" - Belarusda seçkiləri müşahidə edən azərbaycanlı deputat 9 Avqust 2020, 10:29 Tovuzda ər arvadını bıçaqlayıb öldürdü 9 Avqust 2020, 10:28