Arxiv
9 İyul 2020, 15:46 | AKTUAL
DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib -FOTO

"Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində alınmış nəqliyyat vasitələrinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən Dövlət Gömrük Komitəsinə təhvil verilməsi mərasimi keçirilib.

 

Komitədən Modern.az-a verilən məlumata görə, onlayn formada keçirilən mərasimdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti iştirak ediblər.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev BMTİP ilə ölkəmizin gömrük orqanları arasındakı səmərəli və işgüzar münasibətlərdən məmnunluqlasöhbət açıb və əməkdaşlığın daha da gücləndiriləcəyinə əminliyini ifadə edib.

 

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində aparılan islahatlar barədə danışan Komitə sədri tətbiq edilən yeniliklərin sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, gömrük əməliyyatlarının sadələşdirilməsinə şərait yaratdığını bildirib. O da vurğulanıb ki, həyata keçirilən islahatlar şəffaflığın təmin olunmasında, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılmasında mühüm rol oynayıb.

 

Daha sonra Komitə sədri BMTİP-in dəstəyi ilə həyata keçirilən "Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində görülən işlərdən bəhs edib. Bildirilib ki, layihə çərçivəsində sanitar, fitosanitar, baytarlıq nəzarəti sahəsində müasir nəzəri biliklərin əldə edilməsi məqsədilə gömrükçülər və digər aiddiyyəti dövlət qurumlarının əməkdaşları üçün keçirilən seminarlar bu sahədə sərhəd idarəçiliyinin daha da təkmilləşdirilməsinə, təhlükəsizliyin gücləndirilməsinə şərait yaradıb.

 

BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti Dövlət Gömrük Komitəsi ilə uzunmüddətli əməkdaşlıqdan danışıb, son illər ölkəmizdə gömrük sistemində aparılan islahatları yüksək qiymətləndirib. Bildirilib ki, iki qurum arasındakı işgüzar münasibətlər sərhədlərdə sanitar, fitosanoitar, baytarlıq nəzarətinin və bu sahədəki qanunvericilik bazasının təkmilləşdirilməsinə, müasir idarəçilik prinsiplərinin tətbiqinə mühüm töhfə verib.

 

Daha sonra görüşdə yeni Gömrük Məcəlləsinin layihəsinin hazırlanması, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin strukturunun təkmilləşdirilməsi və maddi-texniki təchizatı, DGK Akademiyasının tədris proqramının təkmilləşdirilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Sonda "Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində Dövlət Gömrük Komitəsinə 10 ədəd avtomobil təqdim edilib.

 

DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib (FOTO) - Gallery Image DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib (FOTO) - Gallery Image DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib (FOTO) - Gallery Image DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib (FOTO) - Gallery Image DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib (FOTO) - Gallery Image      
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dollar günə bu məzənnə ilə BAŞLADI 13 Avqust 2020, 09:26 Azərbaycan və Rusiya prezidentləri Tovuz döyüşlərini müzakirə etdi 13 Avqust 2020, 09:20 Neft yenidən ucuzlaşdı 13 Avqust 2020, 09:15 “Fənərbaxça” “Qarabağ”ın sabiq qapçısı ilə razılığa gəldi 13 Avqust 2020, 09:10 Nazir koronavirusa yoluxub 13 Avqust 2020, 09:04 Bakıda sərnişin avtobusu yandı 13 Avqust 2020, 09:00 Çempionlar Liqası: PSJ növbəti mərhələyə keçdi 13 Avqust 2020, 08:50 Bu gün ilk qəbul imtahanı keçirilir 13 Avqust 2020, 08:25 Paytaxtda koronavirus qurbanlarının sayı artdı 13 Avqust 2020, 01:04 Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi 13 Avqust 2020, 00:47 Prezident ölkəyə dəyən zərəri açıqladı 13 Avqust 2020, 00:34 3 PKK terrorçusu zərərsizləşdirildi 13 Avqust 2020, 00:22 Prezidentin köməkçisi koronavirusa yoluxdu 13 Avqust 2020, 00:08 Türkiyədə daha 18  nəfər koronavirusdan ölüb 12 Avqust 2020, 23:48 Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi 12 Avqust 2020, 23:35 Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi 12 Avqust 2020, 23:21 Hulusi Akar Bakıda belə qarşılandı - FOTOLAR 12 Avqust 2020, 23:06 Hökumət 1454 otelin fəaliyyətinə icazə verdi 12 Avqust 2020, 22:53 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 12 Avqust 2020, 22:40 Yanğın bir ailəni evsiz qoydu 12 Avqust 2020, 22:23 Türkiyədə növbəti tədris ili onlayn dərslərlə başlayacaq 12 Avqust 2020, 22:09 “Mən istintaqa çağırılmamışam” - Nazir müavini danışdı 12 Avqust 2020, 21:53 “İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək” - ZƏRİF 12 Avqust 2020, 21:36 Azərbaycan Premyer Liqasında I turun oyun CƏDVƏLİ 12 Avqust 2020, 21:22 Qatarın reysdən çıxması 3 nəfərin həyatına son qoydu: 6 yaralı var   12 Avqust 2020, 21:08 Bakı SMS-lə icazə sisteminin ləğvindən sonra - FOTOLAR 12 Avqust 2020, 20:49 XİN-dəki həbslərlə bağlı nazir müavinləri DTX-da DİNDİRİLİB 12 Avqust 2020, 20:32 Türkiyəli generallar AZƏRBAYCANDA 12 Avqust 2020, 20:15 OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb 12 Avqust 2020, 20:03 Dövlət Sosial Müdafiə Fondunun yeni büdcəsi təsdiqləndi 12 Avqust 2020, 19:27 Bu küçə və prospektlərdə sıxlıq var 12 Avqust 2020, 19:16 Norveç 5 ölkə üçün 10 günlük karantin rejimini tətbiq edir 12 Avqust 2020, 19:12 ABŞ-da çimərliklər və parklar bağlanır 12 Avqust 2020, 18:56 Slovakiya rusiyalı diplomatları ölkədən çıxarıb 12 Avqust 2020, 18:44 Qərb mediası Rusiyanın vaksin kəşfinə ŞÜBHƏ EDİR 12 Avqust 2020, 18:34