Modern.az

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 59-a çatdı - FOTO

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 59-a çatdı - FOTO

Ölkə

9 İyul 2020, 22:00

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 9-na olan statistik göstəriciləri açıqlayıb.

Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 505 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 544 735  test aparılıb. İndiyədək 284  nəfər COVID-19-dan dünyasını dəyişib, 13 591 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8 589 nəfərdir. Hazırda 329 nəfər reanimasiyada müalicə alır. 59 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda 548 yoluxma faktı qeydə alınıb, 10 nəfər dünyasını dəyişib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır