Modern.az

Ən çox iş yerini dəyişən müəllimlər bu şəhər və rayonlardan oldu

Ən çox iş yerini dəyişən müəllimlər bu şəhər və rayonlardan oldu

10 İyul 2020, 09:53

Bu il Azərbaycanda iş yerini ən çox dəyişən müəllimlər Bakı şəhəri üzrə olub.

 

Modern.az-ın məlumatına görə, müəllimlərin yerdəyişməsi müsabiqəsi zamanı uğur qazananlar arasında Bakı şəhərində işləyən namizədlər üstünlük (10.2%) təşkil edir. Daxili yerdəyişmə üzrə də ən yüksək göstərici (144 nəfər) paytaxtadır.

 

Ümumilikdə bu il Bakı şəhəri üzrə 199 nəfər iş yerini dəyişib.

 

Bakıdan sonrakı göstəricilər Quba, Lerik, Cəlilabad, Laçın, Xaçmaz, İmişli üzrədir.

 

Qubada 80, Lerik 76, Cəlilabad 70, Lacın 69, Xaçmaz 51, İmişli 50 müəllim iş yerini dəyişib.

 

Müəllimlərin ən az iş yerini dəyişdiyi rayonlar Naftalan, Xızı, Xocalı rayonları üzrədir. Naftalanda 1, Xızıda 4, Xocalıda 6 müəllim iş yerini dəyişib.

 

Xatırladaq ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak etmək üçün 10068 nəfər namizəd elektron qeydiyyatdan keçib, 6860 namizədin elektron ərizəsi qəbul edilib. Elektron yerləşdirmənin nəticələrinə əsasən 1934 nəfər uğur qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?