Modern.az

Asiya Parlament Assambleyasının konfransı keçirilib

Asiya Parlament Assambleyasının konfransı keçirilib

10 İyul 2020, 10:56

Bu gün Asiya Parlament Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş onlayan konfransı keçirilib.

 

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, konfransın açılışında hazırda təşkilata sədrlik edən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, İran İslam Şurası Məclisinin Sədri Məhəmməd Bakir Qalibaf, Türkiyənin Assambleyadakı nümayəndə heyətinin rəhbəri xanım Asuman Ərdoğan və üzv ölkələrin nümayəndə heyətlərin rəhbərləri çıxış ediblər.

 

Konfransda 20-dən çox ölkənin nümayəndə heyətin rəhbərləri fikir mübadiləsi aparılıb, qətnamə layihəsi müzakirə olunub və müəyyən təkliflər irəli sürülüb.

 

Baş katib çıxışında bildirib ki, üç ölkə - Azərbaycan, Türkiyə və Küveytin təşkilatdakı nümayəndə heyətlərin rəhbərləri təşkilatın katibliyinə və üzv ölkələrə müraciət edərək belə bir onlayn konfransın çağırılmasına və COVID-19-la mübarizədə Asiya Parlament Assambleyasına üzv ölkələrin birgə səylərin gücləndirməsi ilə bağlı müzakirələrin vacibliyini bildiriblər.

 

Tədbirin təşkili üçün hazırda təşkilata sədrlik edən Türkiyənin Assambleyadakı nümayəndə heyətinə və təşkilatın Katibliyinə təşəkkürünü bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri Q. Paşayeva deyib ki, COVID-19 pandemiyasına qarşı quruma üzv ölkələrdə davamlı mübarizə aparılması çox təqdirəlayiqdir. Bir sıra ölkələrin nümayəndə heyətlərinin çıxışlarından sonra bəyanatın geniş müzakirəsi olub, bir sıra təkliflər irəli sürülüb.

 

Q.Paşayeva qəbul ediləcək bəyanatla bağlı təkliflərlə çıxış edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır