Modern.az

Hacıqabulda reydlər davam edir - FOTO

Hacıqabulda reydlər davam edir - FOTO

10 İyul 2020, 11:09

Koronovirus (COVİD-19) infeksiyasının Hacıqabul rayonu ərazisində  yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

Prezident İlham Əliyevin tapşırığına əsasən Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində qarşıya qoyulmuş tələb və tapşırıqlara uyğun olaraq iyul ayının 9-da Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri sanitar-epidemioloji qaydalara riayət edilməsini yerində yoxlamaq üçün Hacıqabul şəhəri ərazisində bir sıra ticarət və iaşə obyektlərində reydlər keçirib. 

 

Modern.az xəbər verir ki, reyd zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılaraq, onlara sanitar rejimin tələbləri izah edilib. Sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən ictimai iaşə obyektlərində nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı sosial məsafəsini saxlamaları, bütövlükdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi dövrü üçün müəyyən etdiyi qaydalara ciddi riayət etmələri tövsiyə olunub.

 

İşində nöqsan aşkar edilən bir iaşə obyekti sahibinə inzibati protokol yazılmış və üç ticarət obyekti sahibinə şifahi xəbərdarlıq edilib. 

 

Qoruyucu vasitələrdən (maskadan) istifadə etməyən beş vətəndaş barəsində inzibati protokol tərtib edilib.

 

Mobil qruplar tərəfindən yas mərasimlərin təşkili ilə bağlı sakinlər arasında maarifləndirici söhbətlər aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi