Modern.az

Narkoz altında olan xəstələri zorlayan həkimə HÖKM OXUNDU

Narkoz altında olan xəstələri zorlayan həkimə HÖKM OXUNDU

10 İyul 2020, 14:06

Rusiyanın Sankt-Peterburq şəhərində 60 yaşlı anetsezioloq Armen Ohanesyana hökm oxunub.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2018-ci ilin dekabrında o, aralarında azyaşlıların da olduğu 3 Peterbuq sakinini onlar narkoz altında olarkən zorlaması faktı üzə çıxıb. Belə ki, 15 yaşlı qız əməliyyatdan sonra narkozun təsirindən çıxan anda həkimin onu zorladığını xatırlaya bilib. Ohanesyanın iş yoldaşlarından biri faktı təsdiqləyib.

Sonradan seksual cinayət epizodlarının sayı 6-ya çatıb.

 

Məhkəmənin hökmü ilə Armen Ohanesyan 10 il müddətinə ciddi rejimli cəza çəkməinə göndərilib. O, həmçinin, zərərçəkənlərin ailəsinə də yardım etməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır