Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 10-na olan statistik göstəriciləri açıqlayıb.
Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 576 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 552 311 test aparılıb. İndiyədək 292 nəfər COVID-19-dan dünyasını dəyişib, 14 093 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8 605 nəfərdir. Hazırda 343 nəfər reanimasiyada müalicə alır. 48 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Qeyd edək ki, bu gün Azərbaycanda 526 yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib.