Modern.az

Xəzər rayonunda monitorinqlər davam etdirilir - FOTO

Xəzər rayonunda monitorinqlər davam etdirilir - FOTO

Aktual

11 İyul 2020, 10:30

Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Xəzər rayonunda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti və rayon hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də yaradılmış mobil qruplar tərəfindən rayon ərazisində əhalinin sıx olduğu məkanlarda, bütün ictimai-iaşə və ticarət obyektlərində mütəmadi olaraq reydlər keçirilir.

 

Modern.az xəbər verir ki, reydlər zamanı karantin qaydalarını pozan vətəndaşlara ciddi xəbərdarlıq olunur, barələrində protokollar tərtib edilərək cərimələnirlər. Həmçinin, sakinlərlə ictimai yerlərdə sosial məsafənin gözlənilməsi şərtilə tibbi maskalardan, dezinfeksiyaedici məhlullardan istifadənin, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyinə dair geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.

 

Bu çərçivədə növbəti reyd Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və şöbə müdirləri, Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı, Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən rayonun Binə qəsəbəsində yerləşən kənd təsərrüfatı bazarında və fəaliyyətinə icazə verilmiş ticarət obyektlərində keçirilib.

 

Reydlər zamanı fəaliyyətlərində nöqsan aşkar edilən bir neçə ticarət obyektləri cərimələnmiş və ciddi xəbərdarlıqlar edilib.

 

Bundan əlavə, rayonun digər qəsəbələrində də mobil qruplar tərəfindən gündəlik reydlər keçirilir və vətəndaşlarla maarifləndirmə işləri aparılır, sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə əməl olunması ilə bağlı çağırışlar olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?