Modern.az

Kürdə batanlardan birinin meyiti tapıldı

Kürdə batanlardan birinin meyiti tapıldı

Aktual

11 İyul 2020, 11:35

İyulun 9-da Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti tapılıb.

 

Modern.az xəbər verir ki, cəsəd Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı