Modern.az

“Murov qartalı”nın doğum günü qeyd olundu - FOTO

“Murov qartalı”nın doğum günü qeyd olundu - FOTO

Aktual

11 İyul 2020, 13:50

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun doğum günü münasibəti ilə videokonfrans təşkil edilib.

 

Modern.az xəbər verir ki, Videokonfransda millət vəkili Ceyhun Məmmədov, şəhid ailələri, Qarabağ müharibəsi qazilər, ictimaiyyət nümayəndələri, ziyalılar, tələbə gənclər təşkilatları, məktəblilər iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan şəhid komandir polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc xanım Orucova qəhrəmanımız haqqında həyata keçirilən layihələrdən söz açıb. Gəncləri Azərbaycan naminə milli düşüncəyə və milli dəyərlərə sahib olmağa səsləyib.

 

Tədbirdə şəhid komandir polkovnik-leytenant Raquf Orucovun döyüş yolundan, hərbi uğurlarından söhbət açılıb.

 

Millət vəkili Ceyhun Məmmədov bildirdi ki, gənclərimiz qəhrəmanlarımızı daha yaxından tanımalı, onların döyüş yolunu öyrənməli, Vətən naminə hər zaman mübarizəyə hazır olmalıdırlar.

 

Gənclər və məktəblilər şəhidlərimiz və qəhrəmanlarımız haqqında hazırladıqları kompozisiyanı təqdim etdilər.

 

Qarabaq qazilər Səyyaf Əhmədov, Rey Kərimoğlu, Əhliyət Mehdiyev və Rasim Fərşidov hər zaman torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə hazır olduqlarını bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir