Arxiv
11 İyul 2020, 16:00 | AKTUAL
EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub -FOTO

Pandemiya jurnalistlərin də fəaliyyətinə təsir edir, doğru olmayan məlumatların yayılması medianın işini çətinləşdirir.

 

Hazırda feyk xəbərlərlə mübarizə informasiya agentliklərinin fəaliyyətinin əsas istiqamətinə çevrilib.

 


Bu fikirləri France Press agentliyinin prezidenti Fabris Fris Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv agentliklərin rəhbərlərinin və nümayəndələrinin onlayn görüşündəki məruzəsində səsləndirib.

 


O, pandemiya dövrünün informasiya agentliklərinin fəaliyyətinə təsirindən danışaraq deyib:

 

“Hazırkı vəziyyət sifarişlərin azalmasına səbəb olur. Buna baxmayaraq, biz fəaliyyətimizi şaxələndirməyə, yeni sahələrdə özümüzü sınamağa çalışırıq. Feyk xəbərlərlə mübarizə bizim fəaliyyətimizin əsas istiqamətinə çevrilib. İndiki dövrdə buna həqiqətən böyük ehtiyac var”.

 

Modern.az xəbər verir ki, vebseminarda çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov vurğulayıb ki, hazırda qlobal müstəvidə səylər və birgə addımlar mövcud problemlərin həlli baxımından mühüm rol oynaya bilər. COVID-19 ilə mübarizədə ölkəmizin qlobal həmrəylik təşəbbüslərini diqqətə çatdıran İdarə Heyətinin sədri deyib:

 

“Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının bu mövzuya həsr olunmuş videokonfransında Prezident İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu təşəbbüsü 130 ölkə dəstəklədi və sessiyanın keçiriləcəyi gün uzaqda deyil”.

 


Aslan Aslanov avropalı həmkarlarını AZƏRTAC-da fəaliyyətin epidemioloji şəraitə necə uyğunlaşdırıldığı barədə məlumatlandırıb. Həmçinin qeyd edib ki, informasiya agentlikləri pandemiyanın başlanğıcından bəri feyk xəbərlərlə mübarizə işinə qlobal səviyyədə böyük töhfələr veriblər və bu istiqamətdə səyləri davam etdirirlər.

 


Böyük Britaniyanın Press Association Agentliyinin baş icraçı direktoru Klayv Marşal, EANA-nın prezidenti, Almaniyanın DPA agentliyinin baş icraçı direktoru Piter Kropş, İtaliyanın ANSA agentliyinin baş direktoru Stefano De Alessandri və başqaları müzakirələrdə iştirak edərək xəbər agentliklərinin gələcəyi, böhran vəziyyətlərinin jurnalistikaya təsirləri, mətbuatın transformasiya istiqamətləri barədə fikirlərini bildiriblər.

 


Qeyd edək ki, Avropa Xəbər Agentlikləri Alyansı 1956-cı ildə Strasburqda təsis olunub. Dünya informasiya siyasətinə mühüm təsir imkanlarına malik bu media təşkilatı öz sıralarında Avropanın 32 aparıcı xəbər agentliyini birləşdirir.

 

Buraya Böyük Britaniyanın Press Association, Fransanın France Press, Almaniyanın DPA, İspaniyanın EFE, Rusiyanın TASS, Türkiyənin Anadolu kimi böyük agentlikləri daxildir. 2008-ci ildən EANA-nın üzvü olan AZƏRTAC təşkilatın fəaliyyətində yaxından iştirak edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Emin Ağalarov “avtoşluq” etdi - VİDEO 12 Avqust 2020, 11:12 “Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” – Siyavuş Novruzov YAP-çı gənclərdən DANIŞDI 12 Avqust 2020, 11:06 Ermənistanda daha 201 nəfər koronavirusa yoluxdu 12 Avqust 2020, 11:00 Türkiyədəki zəlzələ Azərbaycanda hiss olundu 12 Avqust 2020, 10:54 Mədəniyyət Nazirliyinin mətbuat katibi işdən çıxdı 12 Avqust 2020, 10:48 Həyətinda narkotik vasitələr becərən şəxs tutuldu - FOTO 12 Avqust 2020, 10:43 Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi 12 Avqust 2020, 10:38 Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı gətirilir 12 Avqust 2020, 10:32 Azərbaycan nefti yenidən ucuzlaşdı 12 Avqust 2020, 10:26 Cəlilabadda karantini pozan kafe aşkarlandı 12 Avqust 2020, 10:20 Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir 12 Avqust 2020, 10:15 Azərbaycanda yeni ödənişlər sistemi istismara verildi 12 Avqust 2020, 10:09 Problemlərdən necə qaçaq: Komitə sədrinin təkliflərinə deputatlardan REAKSİYA 12 Avqust 2020, 10:03 Valideyinlərin nəzərinə - şagirdlərin elektron yerdəyişməsi başladı 12 Avqust 2020, 09:58 İmişlidə həmkəndlisini qətlə yetirən şəxs tutuldu 12 Avqust 2020, 09:53 "Azercell"in beynəlxalq virtual toplantısı keçiriləcək 12 Avqust 2020, 09:48 Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb 12 Avqust 2020, 09:43 Ermənilər Tovuz və Gədəbəyi atəşə tutdular 12 Avqust 2020, 09:37 İsmayıllıda yol çəkilişi zamanı qədim tarixi abidə tapıldı - FOTO 12 Avqust 2020, 09:31 Livan ermənilərinin Qarabağa köçü BAŞLADI 12 Avqust 2020, 09:27 Neft yenidən bahalaşdı 12 Avqust 2020, 09:21 Dollar günə bu məzənnə ilə BAŞLADI 12 Avqust 2020, 09:16 Bakı Dövlət Universiteti imtahansız əlavə tələbə qəbulu elan etdi 12 Avqust 2020, 09:10 Binəqədidə qanunsuz fəaliyyət göstərən sahibkarlar cərimələndi 12 Avqust 2020, 09:05 “Canavar” ləqəbli narkotacir və alıcıları saxlanıldı 12 Avqust 2020, 09:00 Ukraynada koronavirusun ikinci dalğası BAŞLADI 12 Avqust 2020, 08:56 Belarusda iki mindən çox insan saxlanıldı 12 Avqust 2020, 00:59 Trampı qorxuya salan səbəb 12 Avqust 2020, 00:45 Ceyhun Bayramov terror qurbanı olan şəhid diplomatları yad etdi 12 Avqust 2020, 00:27 Türkiyə hərbi təyyarəsi Livanda 12 Avqust 2020, 00:13 Avropa İttifaqı Belarusu sanksiya ilə HƏDƏLƏDİ 11 Avqust 2020, 23:53 Çempionlar Liqasının final oyunu təxirə salındı 11 Avqust 2020, 23:41 Dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edildi 11 Avqust 2020, 23:25 İmişli sakini həmkəndlisini qətlə yetirdi 11 Avqust 2020, 23:11 Yayılan fotolarla bağlı “Bandotdel”də monitorinq aparıldı 11 Avqust 2020, 22:55