Modern.az

Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elanı

Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elanı

12 İyul 2020, 16:58
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edir.
 
 
Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bakalavriat səviyyəsi üzrə elan edilən təhsil proqramı çərçivəsində tədris rus dilindədir. Təhsil müddəti isə 4 il nəzərdə tutulub. Namizədlər üçün son müraciət tarixi 16 iyul 2020-ci ildir.
 
 
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər qeyd olunan sənədlərin surətlərini [email protected] elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.
 
 
 
 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər