Modern.az

Üç uşaq atası olan şəhidimizlə vida mərasimi - VİDEO

Üç uşaq atası olan şəhidimizlə vida mərasimi - VİDEO

13 İyul 2020, 10:22

Ermənistan silahlı qüvvələrinin iyulun 12-də cəbhənin Tovuz istiqamətində həyata keçirdiyi təxribatın qarşısını alarkən şəhid olmuş Ordumuzun çavuş Sadıqov Vüqar Lətif oğlunun vida mərasimi keçirilib. 

 

Modern.az xəbər verir ki, Ağstafanın Yuxarı Göycəli kəndindəki mərasimdə rayon sakinləri, rəsmilər, Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər.

 

1987-ci il təvəllüdlü çavuş Vüqar Sadıqov evin tək oğlu olmaqla yanaşı, həm də üç uşaq atasıdır. Onun iki azyaşlı qızı, 1 oğlu var...


Şəhid V.Sadıqov kənd qəbiristanlığında dəfn olunub. 

 

Allah rəhmət eləsin..

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir