Modern.az

Baş nazirin müavini: “Xalq yeni qəhrəmanlarını tanıdı”

Baş nazirin müavini: “Xalq yeni qəhrəmanlarını tanıdı”

13 İyul 2020, 13:43

“Azərbaycan ordusu, cəngavər əsgərlərimiz azğınlaşmış erməni quldurlarının Tovuz istiqamətində təmas xəttində təxribatlarının qarşısını qəhrəmancasına aldılar, düşmənə layiqincə cavab verdilər”.

 

Modern.az xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra Katibi Əli Əhmədov “Facebook” səhifəsində yazıb.

 

O qeyd edib ki, xalq yeni qəhrəmanlarını tanıdı:

 

“Vətən uğrunda həlak olan baş leytenant Rəşad Mahmudovla, çavuş Vüqar Sadıqovla, baş əsgər Elşad Məmmədovla və əsgər Xəyyam Daşdəmirovla qürur duyuruq. Onların qanının yerdə qalmayacağına əminik.

 

Allah şəhidlərimizə rəhmət etsin!”

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi