Arxiv
13 İyul 2020, 14:30 | AKTUAL
Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib

İyulun 13-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, komitənin sədri Bəxtiyar Əliyev bgündəliyə “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Elm və təhsil komitəsində görülən  işlər barədə hesabat” və cari məsələlər daxil edilib.

 

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasındakı proqram xarakterli çıxışını, tövsiyələrini rəhbər tutan komitə üzvləri hesabat dövründə geniş fəaliyyət göstəriblər. Milli Məclisə sədr seçilən xanım Sahibə Qafarovanın parlamentdə yaratdığı demokratik ab-hava deputatları ruhlandırıb. Hesabat dövründə Elm və təhsil komitəsinin 9 iclası keçirilib, 17 məsələyə baxılıb. Yaz sessiyası və növbədənkənar sessiya dövründə komitənin qanunvericilik fəaliyyəti məhsuldar olub.

 

Belə ki, komitə üzvləri “Elm haqqında”, “Təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Psixiatriya yardımı haqqında”, “Gənclər siyasəti haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Mədəniyyət haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və bir sıra digər qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini müzakirə edərək plenar iclasa tövsiyə ediblər.   

 

Bəxtiyar Əliyev bildirdi ki, komitə üzvləri ümumtəhsil müəssisələri üçün dərsliklərin hazırlanması prosesində də səylərini əsirgəməyiblər. Bu ilin aprelində Təhsil Nazirliyi tərəfindən Milli Məclis Aparatına daxil olmuş məktuba əsasən, komitənin sədr müavini Musa Qasımlı, komitə üzvlərindən Aqiyə Naxçıvanlı, Ceyhun Məmmədov,  Rafael Hüseynov, Kamilə Əliyeva və Etibar Əliyev “2020/2021-ci il tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I, V, VIII və IX sinif şagirdləri üçün yeni və təkmilləşdirilmiş dərslik komplektləri (dərslik və metodik vəsait) layihələri”nə dair rəy və təkliflərini hazırlayaraq təqdim ediblər.

 

Onlayn iclasda vurğulandı ki, hesabat dövründə komitəyə 149 ərizə və müraciət daxil olub. Onlardan 130-u ilə əlaqədar 91 məktub hazırlanıb və aidiyyəti üzrə müvafiq qurumlara göndərilib. Müraciətlərdə əsasən işlə təmin olunma məsələləri, ödənişli təhsillə bağlı qarşıya çıxan çətinliklər, tələbələrin digər təhsil müəssisəsinə köçürülməsi və təhsil müəssisələrinə bərpası, xaricdə təhsil almış məzunların diplomlarının ölkədə tanınması (nostrifikasiyası), mənzil məsələləri, sosial müavinətin verilməsi, xəstələrin müalicəsi üçün maddi yardım göstərilməsi, əfv məsələləri və s. üstünlük təşkil edib. 

 

İclasda iştirak edən komitə sədrinin müavini Musa Qasımlı, deputatlar  İsa Həbibbəyli, Aqiyə Naxçıvanlı, Rafael Hüseynov, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, Afət Həsənova, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Ceyhun Məmmədov, Müşfiq Məmmədli, Şahin Seyidzadə və Fatma Yıldırım hesabata müsbət münasibət bildirdilər. 

 

Cari məsələlərin müzakirəsində COVID-19-la bağlı təhsil sahəsində yaranmış vəziyyət, Ermənistanla təmas xəttində vəziyyət və digər aktual məsələlər barədə fikir mübadiləsi aparıldı. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı gətirilir 12 Avqust 2020, 10:32 Azərbaycan nefti yenidən ucuzlaşdı 12 Avqust 2020, 10:26 Cəlilabadda karantini pozan kafe aşkarlandı 12 Avqust 2020, 10:20 Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir 12 Avqust 2020, 10:15 Azərbaycanda yeni ödənişlər sistemi istismara verildi 12 Avqust 2020, 10:09 Problemlərdən necə qaçaq: Komitə sədrinin təkliflərinə deputatlardan REAKSİYA 12 Avqust 2020, 10:03 Valideyinlərin nəzərinə - şagirdlərin elektron yerdəyişməsi başladı 12 Avqust 2020, 09:58 İmişlidə həmkəndlisini qətlə yetirən şəxs tutuldu 12 Avqust 2020, 09:53 "Azercell"in beynəlxalq virtual toplantısı keçiriləcək 12 Avqust 2020, 09:48 Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb 12 Avqust 2020, 09:43 Ermənilər Tovuz və Gədəbəyi atəşə tutdular 12 Avqust 2020, 09:37 İsmayıllıda yol çəkilişi zamanı qədim tarixi abidə tapıldı - FOTO 12 Avqust 2020, 09:31 Livan ermənilərinin Qarabağa köçü BAŞLADI 12 Avqust 2020, 09:27 Neft yenidən bahalaşdı 12 Avqust 2020, 09:21 Dollar günə bu məzənnə ilə BAŞLADI 12 Avqust 2020, 09:16 Bakı Dövlət Universiteti imtahansız əlavə tələbə qəbulu elan etdi 12 Avqust 2020, 09:10 Binəqədidə qanunsuz fəaliyyət göstərən sahibkarlar cərimələndi 12 Avqust 2020, 09:05 “Canavar” ləqəbli narkotacir və alıcıları saxlanıldı 12 Avqust 2020, 09:00 Ukraynada koronavirusun ikinci dalğası BAŞLADI 12 Avqust 2020, 08:56 Belarusda iki mindən çox insan saxlanıldı 12 Avqust 2020, 00:59 Trampı qorxuya salan səbəb 12 Avqust 2020, 00:45 Ceyhun Bayramov terror qurbanı olan şəhid diplomatları yad etdi 12 Avqust 2020, 00:27 Türkiyə hərbi təyyarəsi Livanda 12 Avqust 2020, 00:13 Avropa İttifaqı Belarusu sanksiya ilə HƏDƏLƏDİ 11 Avqust 2020, 23:53 Çempionlar Liqasının final oyunu təxirə salındı 11 Avqust 2020, 23:41 Dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edildi 11 Avqust 2020, 23:25 İmişli sakini həmkəndlisini qətlə yetirdi 11 Avqust 2020, 23:11 Yayılan fotolarla bağlı “Bandotdel”də monitorinq aparıldı 11 Avqust 2020, 22:55 Goranboyda üç uşaq anası özünü asdı 11 Avqust 2020, 22:39 Sumqayıtda yük maşını kanala aşdı 11 Avqust 2020, 22:22 Reanimasiyada olan koronavirus xəstələrinin sayı AÇIQLANDI 11 Avqust 2020, 22:09 Daha 40 şagird “Virtual məktəb”lə bağlı onlayn təlimə cəlb olunub - FOTO 11 Avqust 2020, 21:51 ABŞ Rusiyanın peyvəndini keyfiyyətsiz adlandırdı 11 Avqust 2020, 21:44 Türkiyədə 226 155 nəfər koronavirusdan sağaldı 11 Avqust 2020, 21:26 Dövlət Komitəsindən uşaq ədəbiyyatının tənqidinə REAKSİYA 11 Avqust 2020, 21:07