Modern.az

Goranboyda online-video müşavirəsi keçirilib - FOTO

Goranboyda online-video müşavirəsi keçirilib - FOTO

Aktual

14 İyul 2020, 13:04

Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında Operativ Qərargahın online-video müşavirəsi keçirildi.

 

Modern.az xəbər verir ki, icra başçısı Məhərrəm Quliyevin sədrliyi ilə keçirilən online-video müşavirəyə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər də qoşuldu.

 

İcra başçısı Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə rayonda xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi, sosial dəstəyə ehtiyacı olanlar və kənd təsərrüfatı işlərinin gedişi, xüsusən də əkin sahələrinin suvarma suyu ilə təminatı  barədə məlumatları dinlədi, bu sahədə həlli vacib məsələlərin icrası ilə bağlı, ərazi dairəsi üzrə nümayəndəliklərə və digər aidiyyəti məsul şəxslərə tapşırıqlarını verdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır