Modern.az

Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 402-yə çatdı

Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 402-yə çatdı

14 İyul 2020, 22:52

Türkiyədə son sutka ərzində daha  20  nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 402 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 43 231 nəfərdən 992-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  214 993 nəfərə çatıb. Müalicə olunan  1 049  xəstə isə bu gün evə buraxılıb. Bununla da indiyədək  196 720  nəfər koronavirusdan müalicə olunub".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir