Arxiv
15 İyul 2020, 21:34 | AKTUAL
Prezident şəhid ailələri ilə telefon söhbətindən DANIŞDI

“Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”.

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqində deyib.

Dövlət başçısı bildirib ki,  görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını alıb: "Mən Təhlükəsizlik Şurasının toplantısında artıq demişdim ki, Azərbaycan əsgər və zabitlərinin qanı yerdə qalmamalıdır. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr əminəm ki, onlara yaxşı dərs oldu. Ancaq buna baxmayaraq, dünən və srağagün onlar tərəfindən yenidən çirkin addımlar atılmışdır, növbəti dəfə hərbi təxribat törədilmişdir və bu təxribat nəticəsində yenə də bir neçə hərbçimiz, o cümlədən general Polad Həşimov, polkovnik İlqar Mirzəyev həlak olmuşlar.

Bu gün səhər saatlarında general Polad Həşimovun anası Səmayə xanımla telefonla danışdım, ona başsağlığı verdim, Allahdan səbir dilədim. Onu əmin etdim ki, oğlunun, bizim qəhrəmanımızın qanı yerdə qalmayıb, onun qisası alındı və bundan sonra da alınacaqdır. Belə analara eşq olsun ki, xalqımız, dövlətimiz üçün bu cür övladlar, igidlər yetişdirib.

Bildirməliyəm ki, general Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdir. Mənim tərəfimdən iki dəfə yüksək dövlət ordeni ilə təltif edilmişdir. Mənim tərəfimdən ona general rütbəsi verilmişdir. Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə bu gün söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib. Onların ailə üzvlərinə, yaxınlarına bir daha başsağlığı verirəm. Eyni zamanda, son günlər ərzində həlak olmuş bütün insanların yaxınlarına, qohumlarına başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin, Allah yaralı hərbçilərimizə şəfa versin.

Təklif edirəm ki, bu günlər ərzində torpaq uğrunda qəhrəmancasına həlak olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.

Allah rəhmət eləsin!"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azərbaycanlılar Koreyada nüfuzlu şirkətlərə çalışır” - Səfirlə SÖHBƏT 2 Avqust 2021, 13:26 Eldəniz Səlimov Milli Məclisdə ÜZR İSTƏDİ 2 Avqust 2021, 13:10 Ölkədə pul bazasının həcmi artıb 2 Avqust 2021, 13:05 Nazirlik “Ayın Fermeri” müsabiqəsini elan etdi 2 Avqust 2021, 13:00 İntizam komissiyası Eldəniz Səlimovla bağlı QƏRAR verdi- YENİLƏNİB 2 Avqust 2021, 13:00 Temperatur yenidən artdı - Sabahın havası 2 Avqust 2021, 12:57 Əsirlərimizə işgəncə verən erməni terrorçulara 20 il iş verildi 2 Avqust 2021, 12:55 Vaqif Axundovun bacısı oğlu ev dustaqlığına BURAXILDI 2 Avqust 2021, 12:52 Bu 3 nəfərdən biri spiker olacaq 2 Avqust 2021, 12:48 Tağı Əhmədovun səhhəti pisləşib? - Özündən AÇIQLAMA 2 Avqust 2021, 12:46 Yol polisi sürücülərə müraciət etdi 2 Avqust 2021, 12:44 "Milli Məclisin buraxılacağı barədə fikirlər təxribatdır" - Deputat 2 Avqust 2021, 12:38 Şuşada kulinariya festivalının keçirilməsi gələn ilə qaldı 2 Avqust 2021, 12:37 Paşinyan yenidən baş nazir SEÇİLDİ 2 Avqust 2021, 12:34 V qrant müsabiqəsinin nəticələri AÇIQLANDI 2 Avqust 2021, 12:28 Ermənistan parlamentinin ilk iclasını Həsənov aparır 2 Avqust 2021, 12:21 Qubada ağır qəza - 2 ölü, 4 yaralı 2 Avqust 2021, 12:15 Sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi 2 Avqust 2021, 12:09 Ermənistanda baş nazir postuna namizəd İRƏLİ SÜRÜLDÜ 2 Avqust 2021, 12:04 Əsirlərimizə işgəncə verən ermənilər üzr istədilər 2 Avqust 2021, 11:59 Erməni biznesmen satdığı vaksinin qiymətini QALDIRDI 2 Avqust 2021, 11:49 Əks göstəriş sertifikatı kimlərə və necə veriləcək? 2 Avqust 2021, 11:48 Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi bu tarixdə keçiriləcək 2 Avqust 2021, 11:44 Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil - AZAL 2 Avqust 2021, 11:40 Razi Nurullayev: “Məncə, referendum olmalıdır” 2 Avqust 2021, 11:34 Hərbi liseylərə qəbul imtahanının vaxtı açıqlandı 2 Avqust 2021, 11:28 “Təxribatların qarşısını dərhal alın” - Zakir Həsənovdan əmr 2 Avqust 2021, 11:24 Ermənistan müxalifəti parlamentin ilk iclasında şou yaratdı – FOTO 2 Avqust 2021, 11:23 Müdafiə naziri generalları topladı 2 Avqust 2021, 11:22 Rektor müşavirini və komendantı bıçaqlayan şəxs HƏBS EDİLDİ 2 Avqust 2021, 11:16 Əsirlərimizə işgəncə vermiş ermənilərin məhkəməsi başladı 2 Avqust 2021, 11:11 “Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR 2 Avqust 2021, 11:06 Kamal Abdullanın yeni romanı çap olundu 2 Avqust 2021, 11:00 Bakıda narkotik alverçilərinə qarşı əməliyyat 2 Avqust 2021, 10:55 Mirvari Fətəliyeva: “İtirilmiş uşaqlığımı kimsə qaytara bilməz” - MÜSAHİBƏ 2 Avqust 2021, 10:51